«Unibank» səhmlərini satır
Bank bu ticarətdən 10 milyon qazanmağı hədəfləyir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Unibank» ipoteka faizini endirdi ...
... ki, hər kəsin mənzili olsun
-
Məhkəmə daha bir bankı cəzalandırdı
Müştəri sirrini pozmaq 2000 manata başa gəldi
-
««Topaz» və PFL-in qış yuxusu»
Mərc şirkətinin pul saymaqdan vaxtı yoxdur ki, təqdimat keçirsin
-
Banklardan QHT-lərə qarşı qanunsuzluq
Yeni qanunvericilik Mərkəzi Bankla bu qurumları üz-üzə qoyub
-
«Simurq» PFL-i yenə saymadı
Klubun konfrans zalını köhnə sponsorun emblemləri bəzəyir
-
«Unibank» 10 000 001,12 manat məbləğində səhmlərini kütləvi tədavülə buraxır. Bu barədə VAXT.AZ banka istinadən xəbər verir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının dövlət qeydiyyatına aldığı emissiya prospektinə əsasən, satışa hər birinin nominal dəyəri 2,72 manat olan 3 676 471 ədəd yeni adi, adlı, sənədsiz səhm çıxarılacaq.
İnvestorların qiymətli kağızlara abunə yazılmaq üçün dekabrın 22-nə qədər vaxtı var və bundan sonra onlar kütləvi təklif üsulu ilə «Bakı Fond Birjası»nda yerləşdiriləcək. «Unibank»ın mövcud səhmdarlarının bu prosesdə üstünlük hüququ tanınır.
Kapital artımının anderrayteri «Unicapital» investisiya şirkətidir. Səhmlərin hamısı satılsa, Bankın nizamnamə kapitalı 8,4 faiz artaraq 119 686 326,72 manatdan 129 686 327,84 manata yüksələcək.