vaxtlı-vaxtında oxuyun! Cümə, 26 dekabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BANK, BİRJA, SIĞORTA  
300 ballıq yüksəliş 08:19 | 12 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 257 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

300 ballıq yüksəliş

“Citi” “S&P 500” hədəfini yüksəltdi

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Citi”nin strateqları 2025-ci il sonu üçün “S&P 500” hədəfini 6 300 baldan 6 600 bala qaldırıb.

“Citigroup Inc.”nin strateqları, vergi endirimlərinin ABŞ-lı şirkətlər üzərində gömrük vergilərinin mənfi təsirini balanslayacağını bildirərək “S&P 500” indeksi hədəfini artırıb.

Skott Çronertin rəhbərlik etdiyi komanda, S&P 500 indeksi üçün ilin sonu hədəfini 6 300 baldan 6 600 bala qaldırdı. Bu proqnoz ötən həftənin bağlanış qiymətinə nisbətən təxminən 3% artıma uyğundur.

“Citi” komandası, şirkətlərin “təəccüblü uğur” göstərdiyini və ilin ikinci yarısı üçün proqnozlarına böyük ölçüdə sadiq qaldığını vurğulayıb.

“Citi” strateqləri, “S&P 500” şirkətlərinin səhm başına gəlir (EPS) proqnozlarını 2025-ci il üçün 261 dollardan 272 dollara, 2026-cı il üçün isə 295 dollardan 308 dollara yüksəldib.

“Citi”ə görə, bu yüksək mənfəət proqnozları dəyərləndirmə fərziyyələrində əhəmiyyətli dəyişiklik yaratmır.

Komanda indeksi 2026-cı ilin ortalarına qədər 6 900 bal səviyyəsinə qalxacağını, yəni mövcud səviyyələrdən təxminən 8% artım göstərəcəyini proqnozlaşdırır.