
PKK-nın silah qoyması
“Terörsüz Türkiyə” yeni geosiyasi mərhələnin başlanğıcıdır
“Terörsüz Türkiyə” yeni geosiyasi mərhələnin başlanğıcıdır
Terror təşkilatının silah buraxma prosesi dəqiqəbədəqiqə
Qardaş ölkə yeni bir tarixi mərhələyə girir
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Ermənistan “Turan” ideyasından qorxmamalıdır
5 ulduzlu logo ilə bağlı araşdırma başladı, ciddi cəzalar ola bilər, “PUMA” müqaviləni xətm etdi
Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Türk ordusunun 12 əsgəri şəhid olub
Fransada türklərin antik əşyalarını toplanılır
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
“Bayrağımızla iştirak etdik” deyərək, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdi
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
18 may 1992, Ankara
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
“Soyuq müharibə” illəri olsaydı Türkiyə ABŞ və digər Qərb dövlətlərinin ardınca Xuan Quaydonu Venesuellanın müvəqqəti prezidenti kimi tanıyardı. Ancaq Ankara Nikolas Maduronu Venesuela prezidenti kimi tanıyır. Birincisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünə mənəvi borc bilir ki, Maduronu dəstəkləsin. Çünki, Türkiyədə hərbi çevrilişə cəhd zamanı Ərdoğana zəng edib onu dəstəkləyən ilk prezidentlərdən biri məhz Maduro idi. İkincisi, Maduorun Türkiyəyə sevgisi var, türk seriallarının aşiqidir. Üçüncü səbəb isə odur ki, dövran dəyişib Ankara Vaşinqtonun hər dediyini etmir, tam əksinə bir çox məsələdə tərs düşüblər.
Buna baxmayaraq, Ərdoğana yaxın türkiyəli ekspertlər belə hesab edirlər ki, Maduro-Quaydon mübarizəsində ikincinin qələbə çalmaq şansı çoxdur, çünki müxalifət liderinin arxasında Amerika və onun kəşfiyyat maşını dayanıb və Venesueladakı ağır iqtisadi və sosial vəziyyət Maduorun xeyrinə deyil. Demək bir müddət keçdikdən sonra Ankara bir nəfərə verdiyi dəstəyə görə Misirlə münasibətlərdə olduğu kimi Venesuela ilə də ipləri qoparmalı olacaq.