vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
14:01 | 25 mart 2022 | Cümə Məqaləyə 1196 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər sülhməramlılardan narazıdır

Rusiya hərbçiləri Qarabağda bizə mane olarlarsa, ...

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan rəsmilərinin və Qarabağdakı erməni separatçıların Azərbaycan ordusunun mövqelərini irəli çəkməsiylə bağlı yaydıqları xəbərlərin mətnində bölgədəki rusiyalı hərbçilərə yüngülcə tənqid hiss olunur. Açıqlamalarında “rusiyalı sülhməramlıların Azərbaycan hərbçilərini əvvəlki mövqelərinə qaytaracağına ümid edirik” cümləsini yazırlar. Azərbaycan hərbçilərinin durduqları yerdən geri çəkilməsi ehtimalı azdır.

Azərbaycan və Rusiya prezidentləri arasında 22 fevralda imzalanan bəyanata görə iki dövlət bir-birlərinin ərazisində separatçı fəaliyyətlərə imkan verməməlidir. Bəyanatın birinci bəndinə görə rusiyalı hərbçilər Azərbaycan hərbçilərinin separatçıları tərksilah etməsi prosesinə mane olmamalıdırlar. Rusiya hərbçiləri Qarabağda bizə mane olarlarsa, bu 22 fevral bəyanatına zidd olacaq. Kreml Ukrayna ilə yanaşı Cənubi Qafqazda dost adlandırdığı Azərbaycana qarşı ikinci cəbhə açmaqda maraqlı olmamalıdır. Digər tərəfdən rusiyalı hərbçilər bizə mane olmazlarsa, Ermənistan hakimiyyətinin və Qarabağdakı separatçıların bölgədəki sülhməramlılara münasibəti dəyişəcəkmi? Burası maraqlıdır.