
İlon Maskla bağlı ilginc iddia
Milyarder iş adamı Bayden administrasiyası tərəfindən izlənilib
Milyarder iş adamı Bayden administrasiyası tərəfindən izlənilib
Göldən 19 cəsəd çıxarılıb
“Onun ifadəsi kirtikdir”
Trampın sələfi Baydenlə bağlı ilginc sui-qəsd nəzəriyyəsini paylaşıb
Bayden: “Məni 32 ildir eyni diaqnozla yaşayan cərrah müalicə edir”
Baydenin gec diaqnoz qoyulan xəstəliyi gündəmdədir
Baydendə tapılan xərçəngin arxasındakı sui-qəsd planı – məqsəd Harrisi vəzifəyə gətirmək idi
Böyük Britaniya Kralı eks prezidentə dəstək verdi
ABŞ ictimaiyyəti Baydenin xərçəng diaqnozu ilə bağlı müzakirələr aparır
İlon Mask eks prezidentin xərçəng xəstəliyi ilə bağlı irəli sürülən iddianı dəstəkləyib
Sabiq demokrat prezidentə ilk “keçmiş olsun” mesajları respublikaçı senatrolradan gəldi
ABŞ-ın keçmiş prezidentində xəstəliyin ən aqressiv forması tapılıb
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
“Biz əvvəllər belə daxili parçalanma görməmişdik”
Tramp vəzifəyə gəldiyi gün istefa vermişdi
ABŞ imperializmi adlı medalyonun üzü Bayden, astarı isə Trampdır
Vaşinqton Rusiya-Ukrayna müharibəsi fonunda Asiyadakı müttəfiqlərini də unutmur. ABŞ, Avstraliya və Böyük Britaniya hipersəsə malik silahların istehsalı məsələsində əməkdaşlıq edəcəklərinə qərar veriblər. Bundan başqa Avstraliya ABŞ-ın dəstəyi ilə atom sualtı gəmilərinin istehsalı prosesinə başlayıb.
Pekin bu gedişatı anti-Çin addımları kimi dəyərləndirib. ABŞ, Böyük Britaniya və Avstraliya Ukraynadakı müharibə fonunda hərbi zəmində əməkdaşlığı genişləndiriblər. Bu ölkələr Çinin adını çəkməsələr də, hər üçünün Pekinlə münasibətlərində ciddi problemlər var. Pekin hesab edir ki, ABŞ Sakit okean bölgəsində silahlanma yarışını sürətləndirib, bu isə yeni “soyuq müharibəyə” və sabitliyə zərbə vurur. Halbuki, Çinin özü də son illər eyni bölgədə hərbi varlığını artırıb. Pekin Sakit okean bölgəsindəki gərgin durumun Ukraynadakı durumdan fərqlənmədiyi qənaətindədir. Vaşinqtonun isə proqnozu belədir ki, Çin yaxın illərdə Çin Tayvan adasını ələ keçirməyə çalışacaq. Vaşinqton bunun qarşısını almaq üçün indidən bölgədəki müttəfiqlərini hərəkətə gətirib.
Bu arada, ABŞ prezidenti Co Baydenin 20-24 may arasında Cənubi Koreya və Yaponiyaya səfər edəcəyi xəbəri yayılıb. Bayden administrasiyasının bu səfərlə bağlı iki məqsədi var. Birinci məqsəd Seulda və Tokioda təhlükəsizlik mövzularını, o cümlədən Çin və Şimali Koreya təhlükəsini müzakirə etməkdir. Şimali Koreya lideri beynəlxalq aləmin diqqətinin Ukraynaya yönəldiyini fürsət bilərək nüvə başlığı daşıya bilən raketlərin sınaqlarını artırıb. Liderin ətrafı isə son vaxtlar Cənubi Koreyanı hədələməyə başlayıblar. Baydenin səfərinin ikinci məqsədi təhlükə fonunda Cənubi Koreya ilə Yaponiya arasında əməkdaşlığı gücləndirməkdir. Hər ikisi Şimali Koreyanın raket sınaqlarını bölgə üçün təhlükə mənbəyi sayırlar.
Buna baxmayaraq, Cənubi Koreya ilə Yaponiya arasında sualların sayı az deyil. Yaponiya İkinci Dünya müharibəsindəki məğlubiyyətinə qədər uzun illər Koreya yarımadasını işğalda saxlayıb. Bu illərdə xeyli koreyalı həlak olub. Yaponiya müharibədən sonrakı illərdə itkilərə görə Cənubi Koreyaya təzminat ödəsə də, münasibətlər tam normallaşmayıb. Misal üçün Yaponiyanın baş nazirləri hər il yapon hərbçilərin basdırıldıqları qəbirsanlıqları ziyarət edirlər. Həmin qəbiristanlıqlarda isə koreyalılara və çinlilərə zülm edən hərbçilər də basdırılıb. Hər halda Çin və Şimali Koreya təhlükəsi Seulla Tokio arasında əməkdaşlığı genişlənidrməyi diqtə edir.
Baydenin Asiyaya turnesi çərçivəsində Avstraliya, Hindistan və Yaponiya liderlərinin iştirakı ilə sammit də keçiriləcək. Bu dövlətlərin liderləri arasında ilk sammit ötən ilin sentyabrında Vaşinqtonda keçirilmişdi. 24 mayda keçiriləcək ikinci sammitə Yaponiya ev sahibliyi edəcək. Tokio Çin və Şimali Koreya ilə yanaşı artan Rusiya təhlükəsindən də ehtiyat edir. Yaponiya Rusiya ilə əməkdaşlığı aşağı səviyyəyə endirib. Belə vəziyyətdə Tokionun Vaşinqtonun hərbi dəstəyinə daha çox ehtiyacı yaranıb.