

İlon Maskın 97 milyardlıq təklifinə qarşı 10 dəfə az qiymət
İlon Mask: “Hökumət on milyonlarla faydasız mediaya abunə olub”
Dünyanın ən zəngini hərəkətləri ilə superdövlətdə mübahisələr yaradıb
“Dünyanın ən varlı adamı 2-ci və ya 3-cü olmaq istəməyəcək”
ABŞ administrasiyası təşkilatı bioloji silah hazırlatmasında ittiham edib
Dünyanın ən zəngini respublikaçı namizədin seçki kampaniyasına fantastik məbləğdə ianələr bağışlayıb
“Keçmişdə yəhudi və digər insanların öldürülməsi tarixi məsuliyyətdir”
Braziliyada on minlərlə etirazçı “X” platformasına qadağa ilə bağlı etiraza qalxdı
Tramp “F-35” döyüş təyyarələrinin bütün komponentlərinin ABŞ-da istehsalına çağırıb
Lula da Silvadan: “Sırf zəngin olduğu üçün onun hər çaldığına oynamaq məcburiyyətində deyilik”
Tramp İlon Maska nazir vəzifəsini təklif etdi
İlon Mask iddialarına aydınlıq gətirib
“Bayden nəhayət ağlını itirdiyini üzə çıxardı”
İlon Maskın Donald Trampa fantastik məbləğdə ianə iddialarına cavab
“Tesla”nın sahibi olan milyarder ABŞ prezidentliyinə namizədin seçki kampaniyasına ianə verib
10 milyard dollar fərq var
Ukrayna uğrunda müharibə həm də göydə gedir. Rusiya var qüvvəsilə Starlinki sıradan çıxarmağa , siqnallarını söndürməyə və əngəlləməyə çalışır. Amma İlon Maskın komandası dərhal peykin proqram təminatlarında yeniləmə və yeni kodlar əlavə etməklə kiber hücumun qarşısını alırlar.
Hazırda Ukraynada Starlinkin nəinki kritik qurumlarda, artıq mülki sektorda , vətəndaşlar arasında da istifadəçiləri xeyli artıb. Hazırda bu ölkədə 150 min istifadəçi Starlinkdən internet alır.
Bu isə Rusiya ordusunun işğalçılıq addımlarını xeyli çətinləşdirir.
Bu kiber müharibədə iş o yerə çatıb ki, Mariupol döyüşçülərini də Starlink interneti ilə təmin etdiyinə görə Roskosmosun baş direktoru Roqozin İlon Maska hədə qorxu gəlib.
Hələlik isə Ukrayna səmasında da kiber döyüşlər davam edir.
Maraqlıdır ki, ABŞ-ın Müdafiə Nazirliyinin kiber mübarizə üzrə rəhbərliyi İlon Maskın komandasının və istifadə etdikləri texnologiyaların kiber müharibə sahəsində daha çevik və effektiv olduğunu bildirib.
Azərbaycanda Starlinkin fəaliyyətə başlaması haqqında.
Starlnikin fəaliyyəti üçün iki şərt ödənilməlidir.
Ölkə, ərazi Starlink peyklərinin əhatə dairəsinə daxil olmalı və ən əsası da həmin ölkənin tənzimləyici qurumu onun fəaliyyətinə icazə verməli, ən azı şərait yaratmalıdır.
Artıq Starlinkdə Azərbaycanın ərazisinin də əhatə edildiyi görünür. Qalır tənzimləmə məsələsi. Bu isə hökumət səviyyəsində həll edilməlidir.
Çünki, Starlink peyk internet xidməti olduğundan, burada söhbət yalnız siqnalın qəbulundan deyil, onun peykə ötürülməsindən də gedir. Peyk siqnalının qəbulunun sərbəst və lisenziyasız olmasına baxmayaraq, siqnalın ötürülməsi lisenziyalı xidmətdir.
Yəni Starlinkin ölkədə quracağı ötürücü stansiya üçün mütləqdir ki icazə alınsın və şərait yaradılsın.
Əlbəttə, Ukraynada olduğu kimi, qonşu ölkələrin peyk stansiyalarından da istifadə oluna bilər.
Bizdə tənzimləyici qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnformasiya Kommunikasiya Texnologiyalar Agentliyidir. Təəssüf ki, uzun müddət keçməsinə baxmayaraq indiyədək bu qurumun Nizamnaməsi və rəhbərliyi təsdiqlənməyib.
Yeri gəlmişkən, bunun özü də bir xeyli düşündürücü məsələdir ki, kifayət qədər əhəmiyyətli dövlət qurumları olan İKT Agentliyi və Rəqəmsal İnkişaf Agentliyinin 2 ay ərzində Nizamnamələrinin təsdiqlənməsi nəzərdə tutulsa da 7 aydır ki onlardan xəbər yoxdur.
Hazırda tənzimləmə səlahiyyətləri RİNN-dədir.
Ümid edirəm tez bir zamanda İKT sektorunda tənzimləyici qurum forrmalaşar və ölkədə alternativ internet təminatı məsələsinə də bir əncam çəkilər.
Düşünürəm ki, Peyk interneti nə qədər baha olsa da, Ukrayna müharibəsi də göstərdi ki, alternativ olaraq, informasiya təhkükəsizliyi və milli təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.
Yəni, internet məhz alternativliyi sevir
Bu baxımdan Starlinkin ölkəmizdə fəaliyyətə başlamasına şərait yaratmaq doğru olardı.