ABŞ kürd yaraqlılara dəstəyi kəsdi
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
12:59 | 14 oktyabr 2022 | Cümə
Məqaləyə 1824 dəfə baxılıb
Şriftin ölçüsü
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Ankara–İslamabad xətti...
“Şimal Axını 1/2” boru kəmərləri ilə Avropaya 110 milyard kub metr qaz nəqli nəzərdə tutulmuşdu, 2021-ci ildə “Şimal Axını-1” ilə 55 milyard kub metr qaz AB ölkələrinə çatdırılmışdı, borunun 2-ci xətti isə Rusiyanın Ukraynaya təcavüzünə görə sanksiyalara məruz qaldı və açılmadı, bir neçə gün öncə isə naməlum səbəblərdən partladılaraq sıradan çıxarıldı. Son məlumatlara görə partladılan boru xətlərinə dəniz suyu dolub, onların bərpası mümkün deyil, çünki duzlu su korroziyaya səbəb yaradır, ona görə də, su dolan hissələr mütləq dəyişdirilməlidir. Bu isə o deməkdir ki, yaxın illərdə bu xətlər bərpa olunmayacaq.
Avropanın illik qaz istehlakı 510 milyard kub metrdir, keçən ilə qədər Rusiya bu həcmin 170-180 milyard kub metrini bir neçə boru xətti ilə təmin edirdi, indi bu xətlərdən yalnız biri – Ukraynadan keçən xətt işlək vəziyyətdədir, müharibəyə baxmayaraq nə Rusiya, nə də Ukrayna o kəmərlərə dəymirlər, amma həcm olaraq qaz nəqli çox aşağı düşüb.
Avropa üçün qazla əsas tədarük istiqaməti Türkiyə üzərinə keçir, həm “Türk axını”, həm də “TANAP və TAP” layihələri, bundan başqa İrandan Türkiyəyə çəkilmiş, artıq işlək vəziyyətdə olan (İTE) boru xətti də var, həcmini 30 milyard kub metr qaldırmaq imkanı olan xətdir. Ümumilikdə Türkiyə bütün boru xətlərinin tam həcmlə işləməsi zamanı Rusiya, Azərbaycan və Türkiyədən 90-100 milyard kub metr qaz ala bilər, bu isə Türkiyəni böyük qaz “xabına” çevirmək üçün yetərlidir. Bundan başqa Türkiyənin özü də qaz hasil etməyə başlayır, həm də İsrail qazının bir hissəsi Türkiyə üzərindən Avropaya çatdırılması planlaşdırılır.
Türkiyənin yeni qazpaylayıcı mərkəzə çevrilməsi Azərbaycanın maraqlarına tam uyğun olması ilə yanaşı qardaş Türkiyəyə də böyük imkanlar açır və bu Avropa üçün də çox önəmlidir. AB ölkələrinin ehtiyac duyduğu qaz həcmi getdikcə artacaq, buna görə də birbaşa olmasa da dolayısı ilə Rusiyadan qaz almaqda davam edəcəklər, başqa çarələri yoxdur, qazın qiymətinin kəskin bahalaşması isə Avropada həm də sənaye istehsalının maya dəyərini bahalaşdırır. Bu mənada Almaniya və digər Avropa ölkələri iri enerjitutumlu sənaye istehsalını Türkiyəyə daşıya bilər, bunun üçün Türkiyə ideal logistik və enerji üstünlüklərinə malikdir, həm də gənc, dinamik nüfuzu var, işsiz olan 4 milyon nəfər vətəndaşı var ki, bunlardan da 20 faizi gənclərdir. Ucuz enerji, ucuz işçi qüvvəsi, ideal coğrafi-logistik mövqeyi Türkiyəni yaxın gələcəkdə fraqmental dünyanın yeni regional liderlərindən birinə çevirəcək. Bunun üçün Türkiyə bəzi institutsional problemlərini həll etməli, məhkəmə hakimiyyətində olan boşluqları doldurmalı, Mərkəzi Bankı və məhkəmələri AKP idarəetməsindən çıxartmalıdır.
Ötən əsrin 50-ci-60-cı illərində yüz minlərlə Türkiyə vətəndaşı Almaniyaya işləmək üçün axın etdi, Almaniyanın dirçəlməsində rol oynadı, indi isə Almaniya sənayesi özü Türkiyəyə gələ bilər, bu isə qardaş ölkə üçün həyati önəmlidir...