vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MEDİA-QHT  
13:35 | 5 noyabr 2022 | Şənbə Məqaləyə 1357 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jurnalistlərə müjdə

Media mənsubları ipoteka krediti ala biləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bir aya yaxındır ki, fəaliyyətə başlayan Media Reyesterinə maraq həddindən artıq böyükdür. Qeydiyyatdan keçmək üçün hər gün yeni müraciətlər daxil olur”.

Bunu Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli deyib. Onun sözlərinə görə, hər bir müraciət 5 iş günü ərzində cavablandırılır.

Cahangir Həsənli bildirib ki, regionlarda fəaliyyət göstərən media nümayəndələrinin də reyestrdən qeydiyyatdan keçməklə bağlı kifayət qədər müraciətləri var.

Xidmət rəhbəri onu da vurğulayıb ki, bəzi jurnalistlər qaydalara əməl etmədiyinə görə onlara imtina cavabı verilir. Reyestrə müraciət edən şəxslərin rəsmi qaydada 3 illik stajı olmalıdır. Cahangir Həsənli qeyd edib ki, jurnalistin müraciəti onun fəaliyyət göstərdiyi media subyekti reyesterdən qeydiyyatdan keçəndən sonra nəzərə alınacaq.

Onun sözlərinə görə, Media Reyesterinin yaradılmasında əsas məqsədlərdən biri mətbuatda sistemsizliyin aradan qaldırılmasıdır.

Cahangir Həsənli onu da bildirib ki, Media Reyestrinə qeydiyyat davamlı şəkildə aparılacaq. Gələcəkdə bu porsesin dondurulması nəzərdə tutulmur. Xidmət rəhbəri əlavə edib ki, sosial medianın fəaliyyəti “Media haqqında” qanunun əhatə dairəsinə aid deyil. Ona görə də sosial media üzərində aparılan jurnalistika fəaliyyəti peşəkar hesab olunmur.

Xidmət rəhbəri Media Reyestrindən qeydiyyatdan keçib, güzəştli şərtlərlə ipoteka krediti əldə etmək istəyən jurnalistlərə çağırış da edib.