
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Prezident İlham Əliyevin Şuşadakı çıxışında Qarabağla bağlı üç gözlənti ön plana çıxır. Birincisi, Bakı sülhməramlıların qalması üçün müraciət etməyəcək.
“Qarabağ bizim torpağımızdır, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
Əliyev burada iki mesaj verir:
1. Ermənistana sülhməramlıların 5 ildən sonra çıxacağını və buna uyğun davranmağı tövsiyə edir;
2. Sülhməramlılar 5 ildən sonra (2025-ci il) çıxarılacaq: proseslərin inkişafının bu məsələyə təsiri olacağı istisna deyil, lakin Bakı artıq indidən “sülhməramlıların qalma müddətinin uzadılması üçün müraciət etməyəcəyinin” anonsunu verir.
Bunun sülhməramlıların müddətinin uzadılması məsələsinin müzakirə edildiyi Soçi görüşündən sonra dilə gətirilməsi də diqqətçəkən məqamdır. Əliyev Putin və Paşinyanın bu istəyini yaxın buraxmadı və eyni mövqeyi yenidən təkrarlayır.
İkincisi, Qarabağda erməni silahlı dəstələrinə qarşı praktiki addımlar atıla bilər.
Əliyev erməni qoşunların tam çıxarılmasını tələb edir və anti-terror əməliyyatının ola biləcəyinin mesajını verir, “Fərrux”, “Qisas” əməliyyatlarını da buna nümunə olaraq göstərir.
Bu mesajı əvvəlkilərdən fərqləndirən məqam son baş verənlərdir: Xankəndindəki təxribat mitinqi, Laçın dəhlizi ilə silahın daşınması faktının gündəmə gəlməsi, orduya separatçıların hərəkətinin izlənilməsi tapşırığı fonunda Əliyevin dedikləri praktiki addımların atılması gözləntisini artırır.
Üçüncüsü, Azərbaycan əsgəri Laçın dəhlizinə enə bilər.
Bakı Ermənistanın Naxçıvana maneəsiz keçidin verilməsi öhdəliyini yerinə yetirməməsinə qarşı Qarabağdakı emənilərin istifadə etdiyi Laçın yolunun “toxunulmazlığının” pozulacağına işarə edir. Soçi görüşündən sonra dəhlizdən silah-sursatın daşınması faktının ortaya çıxması da bu istiqamətdə əsaslar yaradır.
Əliyevin fikirlərindən çıxan ümumi nəticə: qarşıdakı dövrdə Azərbaycan ordusunun proseslərə müdaxiləsi mümkündür.