Sərvəti 1 ildə 92 milyard dollar “əriyib”
Ən böyük şirkəti “Tesla”nın səhmləri sutkada 13 dollar ucuzlaşıb
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Elon Musk super qəhrəmandır!”
Braziliyada on minlərlə etirazçı “X” platformasına qadağa ilə bağlı etiraza qalxdı
-
“Müharibə olsa, neyləyəcəyik?”
Tramp “F-35” döyüş təyyarələrinin bütün komponentlərinin ABŞ-da istehsalına çağırıb
-
Braziliya prezidentindən Maska sərt sözlər
Lula da Silvadan: “Sırf zəngin olduğu üçün onun hər çaldığına oynamaq məcburiyyətində deyilik”
-
“Mən hazıram”
Tramp İlon Maska nazir vəzifəsini təklif etdi
-
“Cybertruck” Rusiyaya necə gedib?
İlon Mask iddialarına aydınlıq gətirib
-
Mask Harrisin parodiyasını yaydı
“Bayden nəhayət ağlını itirdiyini üzə çıxardı”
-
“Elə söz deməmişəm”
İlon Maskın Donald Trampa fantastik məbləğdə ianə iddialarına cavab
-
Maskdan Trampa böyük dəstək
“Tesla”nın sahibi olan milyarder ABŞ prezidentliyinə namizədin seçki kampaniyasına ianə verib
-
Artıq ən varlı deyil
10 milyard dollar fərq var
-
Keçmiş rəhbərliyin “qara siyahı”sı
1.5 milyard istifadəçi adını pozmağa hazırlayan Maskdan sessasion iddia
-
Qohumbaz Mask ...
İşçilərinin 70 faizini qovan “Twitter” direktoru əmisi oğullarını işə götürüb
-
Mask vəkili qovdu
Beyker “Twitter”dəki senzura əməliyyatının iştirakçısı olub
-
Uest-Mask gərginliyi tam sürət davam edir
Reper iş adamına yarı çinli genetik hibrid dedi
-
“Məni öldürə bilərlər!”
İlon Mask Kennedini misal çəkdi: “Heç vaxt üstüaçıq avtomobillə parad keçirməyəcəyəm”
-
“Twitter sənədləri” ABŞ-ı çalxalayır
Respublikaçı konqresmenlər Co Baydenin oğlu ilə bağlı senzurada iştirak edən hər kəsi dinləməkdə qərarlıdır
-
““Twitter” Baydeni qoruyub?
“İlon Mask keçmiş rəhbərliyin ABŞ prezidentinin Baydenin oğlu barədə yazıları necə senzura etdiyini açıqladı
İlon Maskın (Elon Musk) sərvəti “Twitter”i aldıqdan sonra sahib olduğu “Tesla”nın səhmlərinin ucuzlaşması ilə yenidən azalmaqdadır. Məşhur milyarderin sərvəti son bir ildə 92 milyard dollar “əriyib”.
Elektrik nəqliyyat vasitələri istehsalçısı ABŞ-ın “Tesla” şirkətinin Baş direktoru İlon Maskın (Elon Musk) sərvəti yenidən azalmaqdadır. Çünki investorlar, Maskın, “Twitter”i aldıqdan sonra elektrik avtomobil istehsalçısı Tesla-ya diqqət yetirmək üçün daha az vaxtının ola biləcəyi ilə bağlı narahatdırlar.
“Tesla” səhmlərinin qiyməti 2020-ci ilin Noyabr ayından bəri ən aşağı səviyyəyə geriləyib. Şirkətin səhmləri 7 faizdən çox (13 dollar) ucuzlaşaraq biri 180 dollardan da aşağı düşüb.
Kotirovkalar şirkətin rəhbəri bu şirkətin səhmlərinin bir hissəsinin son satışına reaksiya verir.
Bakı vaxtı ilə saat 08:00-da “Tesla” səhmləri 7,2 faiz ucuzlaşma ilə 177,59 dollardan ticarət olunub. Sonuncu dəfə “Tesla” səhmləri 2020-ci ilin noyabrında belə aşağı səviyyədə ticarət edib.
Çərşənbə günü ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sənədinə görə, Mask təxminən 4 milyard dollar dəyərində 19,5 milyon “Tesla” səhmini satıb.
Eyni zamanda, “Reuters” çərşənbə axşamı bildirib ki, “Tesla” səhmlərinin ucuzlaşması investorların Maskın bu yaxınlarda aldığı “Twitter”ə daha çox diqqət yetirəcəyindən qorxmaları ilə bağlıdır. İnvestorlar hesab edirlər ki, “Tesla” şirkətinə diqqət zəifləyə bilər. Bu səbəbdən bir çox investor Tesla səhmlərini satır. Qısası, investorlar qorxurlar ki, “Twitter”i alan İlon Mask elektromobillər sahəsinə kifayət qədər diqqət yetirmir, halbuki bu seqmentdə rəqabət artmaqdadır. Oktyabrın sonundan bəri, Musk məhkəmə qərarı ilə “Twitter”i satın almaq üçün müqavilə bağladıqdan sonra “Tesla” səhmləri artıq 15 faizdən çox ucuzlaşıb. “Forbes”in məlumatına görə, “Tesla” səhmlərinin ucuzlaşması ilə Maskın sərvəti artıq 192,4 milyard dollardan aşağı düşüb.
Amerika şirkəti “Tesla Motors” 2003-cü ildə elektrik nəqliyyat vasitələri və onlarla əlaqəli texnologiyaların istehsalçısı kimi təsis edilib. Elektrikli nəqliyyat vasitələri ilə yanaşı, şirkət öz texnologiyasından istifadə edərək akkumulyatorlar, elektrik mühərrikləri istehsal edir və onu “Toyota” və “Daimler” kimi digər avtomobil şirkətlərinə satır.
Şirkətin səhmləri bu il “S&P” 500 İndeksində 19 faiz və “Nasdaq 100” İndeksində 32 faiz azalma ilə müqayisədə 45 faiz ucuzlaşıb.
“Tesla” səhmləri ən yüksək səviyyəsinə çatanda Maskın sərvəti 340 milyard dollar təşkil etmişdi.
“Bloomberg” Milyarderlər İndeksinə görə, Maskın sərvəti bu il 92 milyard dollar azalaraq 177 milyard dollara düşüb. Məşhur milyarder hələ də dünyanın ən varlı adamı olsa da, onun sərvəti, cəmi bir il əvvəl Teslanın səhmlərinin cəmi dəyəri rekord həddə - 410 milyard dollara çatanda 340 milyard dollar ətrafında idi.
Oktyabrın 27-də 51 yaşlı milyarderin “Twitter”i ələ keçirməsi başa çatıb və şirkət işçilərinin yarısını dərhal işdən çıxarıb.
“General Motors” və “Volkswagen AG” kimi şirkətlər, satınalma tamamlandıqdan sonra Maskın rəhbərliyi altında şirkətin necə dəyişəcəyini daha yaxşı başa düşmək üçün saytda ödənişli reklamları dayandırdıqlarını açıqlayıblar.
Digər tərəfdən, “Tesla” ABŞ xaricindəki ən mühüm bazarında iqtisadi təzyiqlər ilə mübarizə aparır.
Şirkət ötən ay analitiklərin proqnozlarına uyğun gəlməyən üçüncü rüb satışları haqqında məlumat verib. Mask Çindəki iqtisadi yavaşlamanın və artan faiz dərəcələrinin mənfi təsirini etiraf edib.