
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu”
“Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi
“Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi
... Yaxud televiziyanın namusu və asan pulun cazibəsi
... Yaxud psixi xəstə, “Artsax” sevdalısı sarsax
Medianın İnkişafı Agentliyinin açıqlaması
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
Test yayımına başlanıldı
Bakıda ikinci forumun açılış mərasimi keçirilir
Azərbaycan Milli Mətbuatının 150 illiyi qeyd olunacaq
Kağız formatda informasiyanı dəyişdirmək mümkün deyil
Sərəncam mətbuatımızın gələcək fəaliyyət ilə bağlı yol xəritəsidir
Prezident İlham Əliyev yubileylə bağlı sərəncam imzaladı
Çap mediası oxucuya saytda tapmadığı kontenti təqdim etməyin üsulunu tapmalıdır
Amma dəyər yarada bilmirik
İnformasiya təhlükəsizliyimiz sınaq qarşısında
Məlumatın düzgünlüyünə şübhə yaransa belə, jurnalistlərə münasibətdə vəziyyət dəyişmir
Bəs həmin qəzetləri kim alacaq?
İndiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır.
Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva APA-nın sorğusuna cavab olaraq deyib.
Onun sözlərinə görə, Media subyektlərinin müraciətlərinə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq baxılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir.
“İndiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır. Qeyd edək ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə elektron formada Media Reyestri şəhadətnaməsi təqdim olunur və onların şəxsi kabinetlərində yerləşdirilir. Şəhadətnaməni kağız daşıyıcıda əldə etmək üçün istənilən vaxt Agentliyə müraciət oluna bilər”, – Səidə Şəfiyeva bildirib.