vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
16:53 | 23 noyabr 2014 | Bazar Məqaləyə 3413 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vəhhabilərə qadağa

Dini icma üzvlərinə peyntbol oynamağa icazə verilmir

İlkin MURADOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Vəhhabi təriqətindən olan şəxslərin Bakıda və digər şəhərlərdə fəaliyyət göstərən peyntbol atıcılıq mərkəzlərinə girməsinə icazə verilmir. Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub.

Xəbərdə bildirilir ki, bu barədə peyntbol mərkəzlərinə qeyri-rəsmi qaydada xüsusi tapşırıqlar verilib. Bu yasağa görə də hazırda ölkədəki peyntbol mərkəzləri vəhhabiləri müştəri olaraq qəbul etmir.

Əldə etdiyimiz məlumata görə, bu qadağa bir neçə gün əvvəl mətbuatda İŞİD-ə qoşulmaq istəyən vəhhabilərin guya “Baku Paintball Center”də təlimlər keçməsi haqda xəbərlər yayılandan sonra qoyulub.

Qeyd edək ki, bir müddət öncə yerli mətbuatın vəhhabilərin peyntbol mərkəzlərində təlimlər keçməsi ilə bağlı yaydığı xəbərlər Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri tərəfindən təkzib edilmişdi.

Buna baxmayaraq məlumata görə, həmin məlumatların yayılmasından sonra hüquq-mühafizə orqanları profilaktik tədbirlər həyata keçirməyə başlayıb və peyntbol mərkəzlərinə baxış keçiriblər. Peyntbol mərkəzlərinin sahiblərinə xüsusi tapşırıq verilib ki, vəhhabilər bu atıcılıq mərkəzlərinə qətiyyən buraxılmasın.

Bu məlumatı virtualaz.org saytına açıqlamalarında peyntbol mərkəzlərinə gedən şəxslər də təsdiq edib. Onların sözlərinə görə, peyntbol mərkəzlərində müştərilərin xarici görünüşünə xüsusi fikir verilir, bəzən müştərilərdən vəhhabi olub-olmadıqları belə soruşulur.

Belə bir qadağanın qoyulmasını Bakıda və Sumqayıtda fəaliyyət göstərən peyntbol atıcılıq mərkəzlərindən də təsdiqlədilər. Adlarının çəkilməsini istəməyən əməkdaşlar virtualaz.org saytına açıqlamalarında bu xəbərdarlığı noyabrın 13-dən aldıqlarını deyiblər.

Onlar da təsdiq edirlər ki, vəhhabilərin peyntbol mərkəzlərinə buraxılmaması barədə hüquq-mühafizə orqanlarından xəbərdarlıqları “Baku Paintball Center”də guya İŞİD-çilərin təlim keçdiyinə dair iddiaların yayılmasından sonra alıblar.