

Onun tələbələri arasında 30 dövlət başçısı, 160 olimpiya medalçısı var
Həm ucuz başa gəlir, həm də yüksək enerji saxlayır
... Dərmanların insan orqanizminə daşınması üçün istifadə edilə bilər
(Xatirələr silsiləsindən)
Mərhum doğulduğu rayonda torpağa tapşırılacaq
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
Bizi xatirələrdə yaşadan gördüyümüz işlər, solmayan izlər olur
ATA isim-sifətlərindən, “əzəl mübtəda”larından Əbdüləzəl Dəmirçizadə...
Keçmiş rektorun Madrid səfəri barədə yeni iddia - içməyə Şeyxin təyyarəsində başlayıb...
Madriddəki biabırçılıq məhərrəmovların “kAbel”ini yandırdı...
Professor Nərgiz Paşayeva Universitetinin Bodleyn Kitabxanasının direktoru Riçard Ovendenlə görüşüb
Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar
Mənasız reklam Abel Məhərrəmovun nəyinə lazımdır?
Azərbaycan universitetləri: Memarlıq və inşaat hara, neft-qaz hara, yaxud ali məktəbi bitirib ixtisasından xəbəri olmayanlar
Onların istiqamət qabiliyyətində «iybilmə rol oynayır»
Məhkəmə Mirağayev barəsində qərar verib
Bakı Dövlət Universiteti (BDU) növbəti dəfə dünyanın nüfuzlu universitetləri arasında yer alıb. BDU-dan Modern.az-a verilən məlumata görə, ali məktəblərdə tədrisin keyfiyyətinə görə beynəlxaq RUR reytinqində BDU 750 universitet arasında 656-cı olub.
Ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində konsaltinq xidmətləri göstərən Round University Ranking (RUR) beynəlxalq təşkilatının reytinqində dünyanın 70-dən artıq ölkəsindən olan 750 universiteti tədrisin və tədqiqatların keyfiyyəti, beynəlmiləlçilik, maliyyə davamlılığı kimi 4 qrupda birləşmiş 20 ayrı-ayrı göstəricilər üzrə qiymətləndirilir.
Harvard Universitetinin başçılıq etdiyi ilk onluğa Stanford Universiteti, Çikaqo Universiteti, Kaliforniya Texnologiya İnstitutu (ABŞ), London İmperial Kolleci (Böyük Britaniya), Massaçusets Texnologiya İnstitutu (ABŞ), Kolumbiya Universiteti (ABŞ) , Oksford Universiteti (Böyük Britaniya), Kembric Universiteti (Böyük Britaniya), İsveçrə Federal Texnologiya İnstitutu kimi ali məktəblər daxildir. Reytinq «Thomson Reuters» beynəlxalq media kompaniyasının göstəriciləri əsasında hazırlanıb.
Onu da bildirək ki, Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilən Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitutunun (URAP) bu ilin iyun ayında açıqladığı reytinqə görə 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısına Azərbaycan universitetlərindən yalnız Bakı Dövlət Universiteti düşmüşdü. BDU dünya reytinqi üzrə isə 1872-ci sırada qərarlaşmışdı. URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi və tədqiqat nəticələrin keyfiyyəti təşkil edir.