ABŞ adaya desant çıxaracaqmı?
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
15:02 | 10 dekabr 2016 | Şənbə
Məqaləyə 2318 dəfə baxılıb
Şriftin ölçüsü
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Çin ABŞ konsulluğunun təhlükəsizlik xəbərdarlığına etiraz etdi
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Barak Obama administrasiyasının ömrünə ay yarım vaxt qalsa da, Dövlət Departamenti müxtəlif istiqamətlərdə fəallığını azaltmır. Yeni prezident Donald Tramp Barak Obamadan fərqli siyasət aparacağını bildirib. Bu o deməkdir ki, Dövlət Departamentinin hədəfləri dəyişə bilər. Məsələn, Tramp deyib ki, onun prezidentliyi dövründə ABŞ başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Bu o deməkdirmi ki, Trampın prezidentliyi dövründə Amerika üçün hər zaman həssas olan insan haqları və demokratiya mövzuları arxa plana keçəcək? Keçəcəksə, demək Amerikanın xarici siyasətindəki əsas prioritetlərdən biri dəyişəcək.
Bu arada, Dövlət Departamentinin xətti ilə Azərbaycana səfər edən amerikalı diplomatların sayı artıb. Dekabrın 6-da Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun enerji diplomatiyası ofisinin direktoru Uilyam Silkvort Azərbaycana səfər etdi. Bakıdakı görüşlərdə əsas müzakirə mövzularından biri TAP və TANAP layihələri oldu.
Rəsmi Bakı bu iki layihənin reallaşmasında Vaşinqtonun verdiyi dəstəkdən məmnundur. Türkiyə ilə Rusiyanın «türk axını» layihəsində razılaşması Avropanın qaz bazarı uğrunda rəqabəti gücləndirəcək. ABŞ və Avropa İttifaqı daha çox Azərbaycan qazının ixracında maraqlıdırlar. Ancaq Rusiya tələsir və «türk axını» layihəsini TAP və TANAP-dan əvvəl istismara buraxmaq istəyir. Ona görə də belə bir məqamda rəsmi Bakının Vaşinqtonun dəstəyinə daha çox ehtiyacı var. Vaşinqton Avropa İttifaqı ölkələri daha sıx dialoq aparmalıdır ki, bu dövlətlər ilk növbədə Azərbaycan qazını alsınlar. Rəsmi Bakının Donald Tramp administrasiyasının da enerji məsələlərində Azərbaycana dəstəyini davam etdirməsini arzulayır.
ABŞ-ın hazırki administrasiyası Rusiyanın Cənubi Qafqazda fəallaşmasından da narahatdır. Məsələn, ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms «Reuters» agentliyinə müsahibəsində bildirib ki, Rusiyanın Aralıq və Xəzər dənizlərində hərbi fəallığı artmaqdadır və Amerika bundan narahatdır. Nazir, həmçinin «Rusiya ABŞ üçün bir nömrəli təhlükə mənbəyidir» fikrini səsləndirib.
Rusiyanın Xəzərdə hərbi fəallığını artırmaqda iki məqsədi var:
Birinci məqsəd odur ki, Rusiyanın Xəzərdəki hərbi dəniz qüvvələri lider olmalıdır və bütün sahilyanı dövlətlər bu faktorla hesablaşmalıdırlar.
İkinci məqsəd isə odur ki, Rusiya sahil dövlətlərini Xəzərdə birgə hərbi təlimlərə və əməkdaşlığa cəlb etmək istəyir ki, bu dövlətlər ABŞ-ın Xəzərdə mümkün fəallığına imkan verməsinlər.
Kremlin Xəzərdəki bu iki məqsədi Vaşinqtonu narahat edir. Ancaq Vaşinqtonun bu prosesə mane olmaq üçün əlində alətləri yoxdur. Donald Tramp administrasiyası Rusiyanın Xəzərdəki hərbi fəallığını artırmasına isə ümumiyyətlə əhəmiyyət verməyə bilər.