Şadlıq evləri kolbasa və lüləkababdan imtina edəcək?
Restoranlardan at-eşşək əti ilə bağlı açıqlama
Günay RƏSULQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Təzə sıxılmış “Yuppi”
...Yaxud salfet istəyəndə qanı qaralan ofisiant
-
Şadlıq saraylarında da bahalıq
Qiymətlər qaldırıldı
-
Sonuncu xəbərdarlıq
AQTA narazıdır
-
Bakıda yeni hotel və restoran açıldı
Teatrda qalanlara “Tavadan” pulsuz səhər yeməyi verəcək
-
Ət idxalı kəskin artıb
Səbəb “pambıq”dır, yoxsa gömrük?
-
34 ton ölkəyə buraxılmadı
Azərbaycana idxal dərhal dayandırıldı
-
Sallaqxanalar ləğv edilir
Prezident tapşırıq verdi, polis nəzarət edəcək
-
Ət ucuzlaşdı
Quzu ətinin qiyməti daha da enə bilər
-
«Təkcə meyvə-tərəvəzin deyil, ətin də dadı dəyişib»
GMO məhsulların Azərbaycana gətirdiyi təhlükə
-
Ofisiantları aşpazlardan hörmətli edən adət…
Bəxşiş vermək adəti haradan yaranıb və biz bunu niyə veririk?
-
Şadlıq evlərinə «sürpriz»
Müəllif Hüquqları Agentliyi: «Müəllif qonorarını müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir»
-
Toyxana sahiblərinə «toy tutacaqlar»...
Azərbaycanda repertuardan yayınan və müəllif qonorar ödənməyən musiqi və şeirə görə 50 min manat cərimə və icbari cəza
-
Uşaqların gözü qarşısında baş kəsənlər kimdir?
Hər gün qanlı mənzərəni izləyən azyaşlılar psixi sarsıntı yaşayır
-
Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsulları ixrac edir
Ətdə 384, süd, yumurta və balda isə 489 faiz artım var
-
Ətin qiyməti niyə bahalaşır?
«Heyvandarlıq sahəsində vəziyyətin ürəkaçan deyil»
-
Ətin bahalaşma səbəbləri
Qiymətlərdə 1 - 1,50 manat artım var
Son zamanlar gündəmi zəbt edən at-eşşək əti barədəki xəbərlər istər-istəməz əhalidə narahatlığın yaranmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, son günlər restoranlara, şadlıq evlərinə gedən insanlar ət məhsullarından hazırlanan qidalardan istifadədə maksimum ehtiyatlı davranmağa çalışırlar. Məsələn, müşahidələr göstərib ki, şadlıq evlərindəki toylara çağırılan qonaqlar masaya düzülən kolbasa çeşidlərinə əl uzatmır, lüləkababa şübhə ilə yanaşır, onu yeməyə tərəddüd edirlər. Bu da səbəbsiz deyil. Ölkə mediasında yayılan xəbərlərdə gizli yolla istehsal olunan ölmüş heyvanların, eləcə də xəstə at-eşşək ətlərinin restoran və şadlıq evlərinə, kolbasa sexlərinə çatdırıldığı bildirilir. Məlum məsələdir ki, tikəkababdan fərqli olaraq, lüləkababın tərkibinə hansı ətin vurulduğunu müəyyənləşdirmək çətindir. Bu baxımdan lüləkabab at-eşşək ətindən də hazırlana bilər...
Bəs bu vəziyyət şadlıq evlərində menyuların dəyişilməsinə səbəb ola bilərmi?
Modern.az-ın əməkdaşı bununla bağlı Bakıda fəaliyyət göstərən bir neçə restoranla əlaqə saxlayıb.
«Mega Palace» şadlıq evinin Vüsal adlı əməkdaşı kolbasa və ət məhsullarının menyudan çıxarılmasına ehtiyac olmadığını bildirib: «Biz təmiz məhsullardan istifadə edirik. Kolbasa və ət məhsulları ilə bağlı (kabablar) hansısa narahatlıq da olmayıb. Çünki dövlət nəzarəti var və yoxlamalar olur. Kolbasa və ət məhsullarının menyudan çıxarılmasına ehtiyac yoxdur».
«Niaqara» restoranının əməkdaşı kolbasa-sosiska kimi məhsullara üstünlük vermədiklərini deyib: »Biz qoyun və quzu ətlərindən istifadə edirik. Kolbasa-sosiska kimi məhsullardan isə çox istifadə edilmir. Bura «Niaqara»dır və insanların ət məhsulları yeyərkən narahat olma kimi halları ola bilməz».
«Monte Kristo» şadlıq evinin baş meneceri İqbal Alıyev restoranın qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərdiyini və insanların ət məhsullarından istifadəi zamanı qorxmadıqlarını bildirib:
«Açığı bizim şirkətdə bu tipli hallar olmur. Məhsullarımız qanunvericiliyə uyğun şəkildə alınır. Ətin kefiyyətini yoxlamaq üçün öz mütəxəssislərimiz, baş aşbazlarımız var. Toy menyularında adətən kabablar, dana basdırması kimi yeməklər olsa da, menyuda mal əti istifadəsi heç 30 faiz belə təşkil etmir. Əgər biz qanunla, sertifaktlı məhsullar alırıqsa, menyunun dəyişdirilməsinə ehtiyac da yoxdur».
«Xəmsə» şadlıq sarayının baş inzibatçısı Bəxtiyar bəyin sözlərinə görə, restoran sifarişçilər üçün xüsusi şərait yaradır: «Biz sifarişçilər üçün xüsusi şərait yaradırıq. Yəni onlar ət kəsimi, doğranması sexlərində iştirak edib prosesləri öz gözləri ilə görə bilərlər. Ona görə də heç bir şübhəli məhsulumuz yoxdur. 14 ildir ki, fəaliyyət göstəririk və belə şeylərdən tamamilə uzaq olmuşuq».
«Mona Liza» şadlıq sarayının administratoru Zaur Səlimov məhsulların gigiyena qaydalarına cavab verdiyini və menyunun eyni qaldığını deyib: «Şirkətimizdə məhsullar gigiyena qaydalarına uyğundur. Əslində kolbasa-sosiska və ya digər ət məhsullarının menyudan çıxarılması müştərinin şəxsi işidir. Eyni zamanda qeyd etməliyəm ki, bizdəki kolbasalar yerli istehsal deyil».
«Yeganə» şadlıq sarayının mühasib köməkçisi Arzu xanım restoranda insanların ət məhsullarından rahatlıqla istifadə etdiyini deyib. O, həmçinin bildirib ki, bu məhsullar menyudan çıxarılmayacaq.