
Hansı gizli klubun üzvləridir?!
Paşinyanın arvadı və müdafiə nazirini birləşdirən sirr
Paşinyanın arvadı və müdafiə nazirini birləşdirən sirr
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
Düşmən ordusu Naxçıvanla sərhəddə ermənilərin taxıl sahələrin yandırıb
Aprel döyüşlərindən sonra Cəbrayılın kəndlərindən birinə atılmış 15 erməni hərbçinin taleyi
Erməni əsgəri 2 il saxlayıb ailəsindən 11 min dollar alandan sonra buraxıblar
Tərtər-Ağdərə istiqamətində partlayış, düşmən ordunun mayoru həbs olunacaq
“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”
Düşmən Xocavənd istiqamətində itki verdi
Dağlıq Qarabağdakı hərbi qüvvələr İrəvana hərəkət etdi, internet və mobil telefon xidmətləri məhdudlaşdı
Ordumuz Ermənistana məxsus növbəti PUA-nı məhv etdi
Düşmən kəşfiyyatçısı Ermənistanı təşvişə saldı
Separatçı generaldan etiraf: «Biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik»
Voskanyan vəhşiliyi nəticəsində Minasyanın dalağını itirdi
Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir
Ermənistan ordusunun ötən ilin aprelində Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan əsgəri, milliyətcə yezidi kürdü Artur Asanyanın anası İrəvanda, hökumət binasının qarşısında azyaşlı qızı ilə birlikdə aclıq aksiyasına başlayıb. Buna səbəb Müdafiə Nazirliyinin Artur Asanyanın müalicəsini təşkil etməməsi və onun aldığı xəsarətin «döyüş zamanı baş vermədiyini» deməsidir.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Arturun anası Əsli Asanyan aclıq aksiyasına başlamazdan əvvəl Müdafiə Nazirliyinə baş çəkib. Orada onu «hansısa general» qəbul edib. «Onun sözlərindən belə başa düşdüm ki, deyir «sənin uşağın Qırmızı Xaçın xəstəxanasındadır, nə qədər yaşayar, yaşayar». Mən onlara sağlam uşaq verdim, qaytarın mənim uşağımı», - qadın deyir.
Xatırladaq ki, erməni mətbuatı bu əsgərin problemi ilə bağlı əvvəl də yazıb. Əhvalat belədir ki, ötən ilin aprel döyüşləri zamanı yezidi kürdü Artur səngərdə olanda onun yaxınlığında qumbara partlayıb. Doğrudur, Artur qəlpə yarası almayıb, ancaq partlayış dalğasından bir tərəfi iflic olub. Müdafiə Nazirliyi isə deyir ki, əsgər «irsi xəstəliyə» tutulub və aprel döyüşlərində iştirak etməyib. Arturu 23 ay xidmətdən və xəstəxanada saxladıqdan sonra yararsız kimi bir neçə ay əvvəl ordudan tərxis ediblər.
Əsli Asanyan deyir ki, o, İrəvana yaşadığı Gümrü şəhərindən gəlmək üçün yol pulunu borc alıb. Və Arturun müalicəsinə verməyə pulu yoxdur. Qadın ikinci oğlunu hərbi xidmətə göndərməkdən imtina edir.
Polis hökumət binasının qarşısında oturub aclığa başlayan qadına təklif edib ki, içəri keçsin, onu qəbul edəcəklər. Əsli Asanyan isə imtina edib: «3 ay qabaq hökumətin qəbuluna yazıldım, cavab vermədilər. Oğlumu müalicə etməyənə qədər heç yana gedən deyiləm».
Arturun anası dəfələrlə Müdafiə Nazirliyinə yazıb. Oradan Baş qərargah rəisi Movses Akopyan qadına cavab yazıb ki, Müdafiə Nazirliyi ancaq döyüş və ya xidməti vəzifələrini icra edərkən əsgərin aldığı xəsarəti müalicə etdirir. Asanyanın xəstəliyi isə təmas xəttində döyüş şəraitində alınan xəsarətlə bağlı deyil.