Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:58 | 21 iyun 2017 | Çərşənbə
Məqaləyə 2898 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ötən həftə Bakıda keçirilən konfransda ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Metyu Brayza da iştirak edirdi. Metyu Brayza dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır.
Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması zərurətini bütün beynəlxalq vasitəçilər anlayır. Buna baxmayaraq, bu məqsədlə Ermənistan hakimiyyətinə təzyiq etmirlər. Metyu Brayza da həmsədr işlədiyi dövrdə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini Ermənistan hakimiyyətinə izah etmədi.
Metyu Brayza Bakıdakı konfransda bir başqa fikir də işlətdi: «Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ABŞ-la Rusiya arasında razılığın əldə olunması vacibdir. Bu razılıq olmadan münaqişəni həll etmək mümkün olmayacaq».
Brayzanın bu fikri mübahisə doğurur.
Birincisi, son illər ABŞ-ın Azərbaycana və Ermənistana təsir imkanları azalıb. Azərbaycanın ABŞ-dan nə siyasi, nə də maliyyə asılılığı var. Donald Tramp administrasiyası Ermənistana da maliyyə yardımını azaldıb.
Ikincisi, Barak Obama prezident olduğu 8 ildə onun administrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmədilər. Bu Metyu Brayzanın həmsədr olduğu illərə təsadüf etdi. Donald Tramp administrasiyasının da Cənubi Qafqazdakı hadisələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı yoxdur.
Azərbaycana və Ermənistana Rusiyanın təsir imkanları böyükdür. Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Kremlin Vaşinqtonla dialoqa ehtiyacı yoxdur. Tam əksinə, Vaşinqton nəzəri baxımdan Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərsə belə, Rusiya bu prosesə mane göstərə bilər. Digər tərəfdən ABŞ-la Rusiya arasında bir çox mövzu (Ukrayna, Suriya, İran və digərləri) ətrafında fikir ayrılığı var. Belə şəraitdə ABŞ-ın Rusiya ilə Qarabağ məsələsində razılaşacağı mümkün deyil.
Bu arada, Rusiyanın tanınmış siyasətçisi, millətçi fikirlərin ilə tanınan Vladimir Jirinovski Rusiyanın televiziya kanallarının birində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Jurnalist soruşdu ki, «güclənən Azərbaycan Qarabağı geri qaytarmaq üçün müharibəyə başlasa, Rusiya nə edəcək, kimin tərifini tutacaq?» Jirinvoski bir neçə dəfə təkrarladığı fikri söylədir: «Bu halda Dağlıq Qarabağda Rusiya bayrağı sancılmalı və Rusiya qoşunları bölgədə yerləşdirilməlidir ki, Azərbaycan və Ermənistan heç nə edə bilməsinlər».
Jirinovski Kreml rəsmilərinin düşüncələrini dilə gətirir. 10 il bundan əvvəl heç kim Rusiyanın Krımı işğal edəcəyini proqnozlaşdıra bilməzdi. Ancaq o illərdə məhz Jirinovski bunun baş verəcəyini bildirirdi. Demək, Jirinovskinin sözlərini ciddi qəbul etmək lazımdır.
Rusiya ordusunun Dağlıq Qarabağda yerləşdirilməsi Ermənistana sərf edir. Azərbaycan isə sərf etmir. Dağlıq Qarabağ vaxtilə orada məhz SSRİ, sonra isə Rusiya qoşunlarının dəstəyi ilə işğal edildi. Dağlıq Qarabağdakı erməni separatçılarına silahları və hərbi texnikanı məhz oradakı Rusiya hərbi birləşmələri verdilər. 1992-ci ildə Xocalı qətliamının həyata keçirilməsində və planlanmasında da Rusiya birlikləri iştirak etdi. Ona görə də Jirinovskinin dediyi kimi Rusiya ordusunun yenidən Dağlıq Qarabağa qayıdışı işğalına rəsmiləşdirilməsi demək olacaq. Buna görə də rəsmi Bakı uzun illərdir Rusiyanın «sülhməramlı qüvvələr» ası altında Dağlıq Qarabağda yerləşdirilməsi təklifinə razılaşmır.