
Trampdan Çikaqo təhdidi
“Deportasiya qoxusunu sevirəm”
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq
Obama, oğul və ata Buşun portretləri Ağ Evdə ziyarətçilərin görmədiyi yerə aparıldı
Hafizəmizdən silinməyəcək mənzərə
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
Minimum gömrük qiymətləri 10%-dən 15-ə qaldırıldı
ABŞ Prezidenti yaxın günlərdə yeni FED üzvü və statistikasının rəhbərini açıqlayacaq
Azərbaycanın dövlətə məxsus şirkətinin baş direktorunun Mayamidə milyonlarla dollarlıq iki dəbdəbəli mənzil aldığı üzə çıxıb. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın Florida ştatının daşınmaz əmlak xəbərləri saytı «The Real Deal» bildirir.
Saytın Mayami daşınmaz əmlak alqı-satqısı reyestrinin məlumatlarına əsasən yazdığına görə Azərbaycanın neft sektorunda işləyən dövlət şirkəti «BOS Shelf» LLC-in baş direktoru İxtiyar Axundov Mayami-Beach çimərliyi ilə üzbəüz yerləşən 40 mərtəbəli «The Setai Condo Miami Beach» elit kompleksin 40-cı mərtəbəsində yerləşən 2802/2004 nömrəli mənzillərdən ibarət bloka 5.5 milyon dollar ödəyib.
«The Setai Condo Miami Beach» 2004-cü ildə inşa edilib və orada Mayaminin ən bahalı mənzilləri yerləşir. Mayamidə, həmin kompleksin yaxınlığında «Setai Hotel» adlı dəbdəbəli otel də yerləşir.
Sayt xatırladır ki, Axundov «BOS Shelf» MMC-yə rəhbərlik edir, bu, Azərbaycanın dəniz neft-qaz platformaları yığan iri zavodudur.
İxtiyar Axundov həmin mənzilləri Ross Markettanın nəzarət etdiyi «Setai» LLC şirkətindən alıb. Şirkətin məlumatlarından görünür ki, Ross Marketta həmin mənzilləri 2004-cü ildə, bina təzəcə istifadəyə veriləndə inşaatçı şirkət «Setai Condo»dan 1.5 milyon dollara almışdı. Mənzilin 3 yataq otağı var, sahəsi 1254 kvadrat-futdur (116.5 kv.metr). Mənzil hər kvadrat-futu 2336 dollardan satılıb. Bildirilir ki, ötən il mənzilin qiyməti bazarda 7.95 milyon dollar ölçüsündə idi. Mənzil ötən il daşınmaz əmlak agenti Duqlas Ellimandan 6.9 milyon dollara Eloy Karmeneyte keçib. İndi isə Axundov mənzili ilkin bazar qiymətindən təqribən 30 faiz ucuz alıb.
Lakin bu, İxtiyar Axundovun Mayamidə, həmin binada aldığı birinci mənzil deyil. Daşınmaz əmlak reyestrində yer alan məlumatlara görə İxtiyar Axundov «The Setai Condo Miami Beach» göydələninin 32-ci mərtəbəsində 1213 kvadrat metrlik daha bir mənzilin sahibidir. Həmin mənzilə o, 2015-ci ildə 3 milyon dollar ödəyib.