“Qapınızı açmayın!”
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
12:10 | 19 iyul 2017 | Çərşənbə
Məqaləyə 2215 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Rusiya Prezident Administrasiyasının keçmiş əməkdaşı, iqtisadçı və müxalif siyasətçi Dmitri Nekrasov Ukraynanın «Fraza» saytına müsahibəsində Kremldə saray çevrilişi ehtimalını və keçmiş sovet respublikalarındakı separatçı ərazilərdəki vəziyyəti dəyərləndirib.
Virtualaz.org xəbər verir ki, siyasətçi Putinin saray çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırıla biləcəyinə dair son vaxtlar bəzi Qərb dairələrində səslənən fikirlərə «qətiyyən inanmadığını» deyib. O, qeyd edib ki, sonuncu saray çevrilişi Xruşşovu hakimiyyətdən uzaqlaşdıranda olub. O zaman hakimiyyət konstruksiyası kommunist ideologiyasına əsaslanırdı, rejimin legitimliyini və populyarlığını da bu ideologiya təmin edirdi.
«İndiki rejimin populyarlığını və legitimliyini isə şəxsən Putin təmin edir. Əgər sistem ondan yaxa qurtarsa özü də dərhal dağılmağa başlayacaq», - Nekrasov bildirib.
Rusiyalı siyasətçinin fikrincə rejim ya Putinin özü tərəfindən transformasiya oluna bilər, ya xaricdən müdaxilə ilə dəyişər. Lakin heç bir halda daxldən sındırıla bilməz, sistem Kremlin indiki sahibini başqası ilə əvəzləsə də eyni formada qalacaq. «Sistem belə şoka davam gətirə bilməz. Rusiya üzərində nəzarəti saxlamaq üçün təkcə Kremlə nəzarət etmək yetərli deyil»-o bildirib.
Nekrasova görə situasiya dəyişməyə başlasa və Putinin taxt-tacının laxladığı aşkar olsa oliqarxların əhəmiyyətli hissəsi ondan asanlıqla üz döndərəcək. Lakin saray çevrilişi deyilən şey baş verməyəcək.
Rusiyalı siyasətçi Ukraynanın separatçı Donbass bölgəsindəki vəziyyətlə bağlı danışarkən deyib ki, Donetsk və Luqanskda iqtisadi struktur dağılır. «Hər şey dağılacaq, insanlar çıxı gedəcəklər. Mən Dağlıq Qarabağda və Abxaziyanın rayonlarında olmuşam, təsərrüfat əlaqələrinin kəsilməsi nəticəsində bu ərazilərin necə boş qaldığını görmüşəm.
«Donetsk və Luqansk xalq respublikaları»nın nəzarətində olan ərazilərdə iqtisadi çöküş 2014-cü ildən başlayıb, blokadanın tətbiqi ilə bu, daha da güclənəcək. Bu ərazilər boş qalacaq. Dağlıq Qarabağda mən şəhər görmüşəm ki, əvvəl yüz minə yaxın adam yaşayıb, indi isə orada ümumiyyətlə heç kim yoxdur. Bütün bunlar çox kədərlidir. Donbass rayonlarına gəldikdə mən Kreml üçün yaxşı heç bir gediş görmürəm. Hesab edirəm ki, Kremln Donbassla bağlı dəqiq planı yoxdur. Lakin həmin ərazilərdə qalan insanları da yaxşı heç nə gözləmir», - Nekrasov bildirib.
Dmitri Nekrasov 2009-2010-cu illərdə Arkadi Dvorkoviçin komandasının tərkibində Putin administrasiyasında işləyib, vergi və pensiya islahatları ilə məşğul olub.