
Hansı gizli klubun üzvləridir?!
Paşinyanın arvadı və müdafiə nazirini birləşdirən sirr
Paşinyanın arvadı və müdafiə nazirini birləşdirən sirr
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
Düşmən ordusu Naxçıvanla sərhəddə ermənilərin taxıl sahələrin yandırıb
Aprel döyüşlərindən sonra Cəbrayılın kəndlərindən birinə atılmış 15 erməni hərbçinin taleyi
Erməni əsgəri 2 il saxlayıb ailəsindən 11 min dollar alandan sonra buraxıblar
Tərtər-Ağdərə istiqamətində partlayış, düşmən ordunun mayoru həbs olunacaq
“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”
Düşmən Xocavənd istiqamətində itki verdi
Dağlıq Qarabağdakı hərbi qüvvələr İrəvana hərəkət etdi, internet və mobil telefon xidmətləri məhdudlaşdı
Ordumuz Ermənistana məxsus növbəti PUA-nı məhv etdi
Düşmən kəşfiyyatçısı Ermənistanı təşvişə saldı
Separatçı generaldan etiraf: «Biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik»
Voskanyan vəhşiliyi nəticəsində Minasyanın dalağını itirdi
Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir
Son bir neçə ay ərzində Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərk etmə halları artıq kütləvi xarakter alıb. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazisi - Xocavənd rayonu ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsində Q.Piriposyan adlı hərbi qulluqçu avqustun 4-də hərbi hissəni özbaşına tərk edib.
Avqustun 6-da isə eyni vaxtda Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu hərbi hissəni özbaşına tərk ediblər. Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan barədə nizamnamə çərçivəsində cəza tədbiri görülüb. Hərbi Prokurorluğa bu barədə məlumat verilməyib. Komandanlıq tərəfindən cidd-cəhdlə adı hərbi polisdən gizlədilən 4-cü hərbi qulluqçu isə yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib.
Daha bir insident isə Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib. Avqustun 7-də gecə saatlarında bölük komandiri Xalatyan döyüş mövqeyini özbaşına tərk edərək getdiyi bildirilir. Hadisə gizlədilsə də, zabit yoldaşları onun sərxoş vəziyyətdə yaxalandığını bildirirlər.
Ən maraqlı hadisə isə Hadrut rayonu ərazisində yerləşən işğalçı ordunun hərbi hissəsində baş verib. Burada artilleriya divizionunda yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb. Rəhbərliyi aldatmağa cəhd göstərən ermənistanlı zabit onların yerinə başqa əsgərləri yoxlama komissiyasına təqdim edib.