Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:25 | 30 avqust 2017 | Çərşənbə
Məqaləyə 2418 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyada Cənubi Koreya ilə birgə işlənib hazırlanan S-350 «Vityaz» zenit-raket komplekslərinin dövlət sınaqları başa çatmaq üzrədir. Virtualaz.org xəbər verir ki, Rusiya bu kompleksləri 2018-ci ildə xarici sifarişçilərə təqdim etməyə hazırlaşır.
Bəs bu kompleksləri Rusiyadan hansı ölkələr ala bilər? «Silah ixracı» jurnalının baş redaktoru Andrey Frolov «İzvestiya» qəzetinə bildirib ki, S-350 komplekslərinin ilk alıcıları Hindistan, Əlcəzair, Ermənistan və Yaxın Şərqin S-400 kompleksləri almağa pulu olmayan ölkələri ola bilər. «Bu komplekslər böyük xərclər çəkmədən tammiqyaslı hava-raket hücumlarından müdafiə sistemi yaratmaq istəyən dövlətlər üçün aktualdır»-ekspert deyib.
Frolova görə S-350 kompleksləri müştəri sarıdan korluq çəkməyəcək və bu komplekslər «Buk» zenit-raket kompleksləri ilə ciddi rəqabət yaradacaq. S-350 komplekslərinin işlənib hazırlanması 2007-ci ildən başlayıb, kompleks ilk dəfə ictimaiyyətə 2013-cü ildə təqdim olunub. Bu komplekslər S-400 «Triumf» zenit-raket komplekslərindən xeyli ucuz və kompaktdır, onlar geniş çeşiddə hava hədəflərini-təyyarələri, pilotsuz uçan aparatları, qanadlı raketləri və s. 60 kilometr məsafədən və 10 metrdən başlamış 30 kilometrə qədər hündürlükdə məhv edə bilir. Ballistik hədəfləri isə 30 kilometr məsafədən 25 kilometrə qədər hündürlükdə vurur.
Rusiya hərbi mütəxəssisləri deyirlər ki, S-350 kompleksləri döyüş imkanlarına görə S-300 zenit-raket komplekslərini üstələyir. Çünki bu komplekslər 12 raket daşıya bilir, böyük sayda hədəf kanalları olduğu üçün eyni vaxtda daha çox hədəfi nişan alır. Kompleksləri «Almaz-Antey» korporasiyası işləyib hazırlayıb.
Xatırladaq ki, bu günlərdə Rusiyanın ekspert çevrələri Azərbaycanın S-400 «Triumf» zenit-raket komplekslərinə maraq göstərdiyi haqda danışmışdı. Bu, kifayət qədər bahalı olmaqla eyni zamanda istənilən hava hədəfini neytrallaşdırmağa imkan verən və dünyada ən qabaqcıl sistemlərdir. Azərbaycanın S-400 komplekslərinə maraq göstərdiyi haqda rəsmi məlumatlar yoxdur, eləcə də Ermənistanın S-350 «Vityaz» komplekslərinin ilk alıcıları arasında yer ala biləcəyi ekspert təxminlərindən o yana keçmir. Lakin istisna deyil ki, Azərbaycanın pilotuz uçan aparatlarının geniş çeşidinə malik olmasını nəzərə alan Rusiya həmin kompleksləri güzəştli kreditlə Ermənistana verə bilər.
Azərbaycana isə bu cür yaxın mənzilli zenit-raket kompleksləri o qədər də gərək deyil. Azərbaycan İsraildən alınan və göstəricilərinə görə «Vityaz»ları xeyli üstələyən «Barak-8» kompleksləri ilə silahlanıb. («Buk» və S-300 PMU «Favorit» kompleksləri də o cümlədən). Bununla belə Azərbaycan Rusiya hərbi-sənaye kompleksinin hava və raket hücumları əleyhinə yeni nümunələrini yaxından izləyir.