
Çörəkdə ağır metal xəbərdarlığı
“İllərlə bədəndə qalır və yığılır”
“İllərlə bədəndə qalır və yığılır”
Bədənə sızır, içəridən öldürür
Ana bətnində məruz qalınma yeniyetməlik dövründə ortaya çıxır
Berlində yaradılmış süni intellekt 170 növ xərçəngə diaqnoz qoyur
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Xərçəngə ən çox meylli yaş qrupu müəyyən edilib
Məşhur makaron markası rəflərdən geri çağırılır
Həkimlər artımı səbəbini stress, yaxşı qidalanmamaq, spirtli içki və siqaretdə görür
14 illik araşdırma başa çatdı, nəticələr inanılmazdır
Xərçəngə qarşı qalxan yaradan qida
8 erkən xəbərdarlıq xəstəliyi müəyyən etməyə imkan verir
Heç bir günəş kremi tam qoruma təmin etmir
Həkimlərin görməməzlikdən gəldiyi simptom dəhşətli çıxdı
Radiasiyaya məruz qalan 100 min ada sakini və 2 min əsgərdə 23 növ xərçəng tapıldı
Baydenin gec diaqnoz qoyulan xəstəliyi gündəmdədir
Həkimlər 3 haqlı xəstəliyin əlaməti hesab edir
Texas Universitetindəki alimlərə görə, portativ cihaz xərçəng toxumasını 10 saniyədə müəyyən edə bilər. Onlar deyirlər ki, bu cihaz şişi daha sürətli, təhlükəsiz və daha dəqiqliklə çıxarmaq üçün cərrahiyə əməliyyatı edə bilər.
Ümid edilir ki, cihaz müalicədən sonra hər hansı bir xərçəng hüceyrəsinin geridə qalmasının «təəssüfünü» yaşatmayacaq.
«MasSpec Pen» qələmi xərçəng hüceyrələrinin unikal metabolizmindən faydalanır.
«Science Translational Medicine»də dərc olunan testlər, texnologiyanın 96 faiz hallarda dəqiq olduğunu göstərir. Onların aqressiv şəkildə böyüyərək yayılması, daxildəki kimyəvi proseslərin sağlam toxumadan fərqləndiyi göstərir.
Bəs o necə işləyir?
Qələm şübhəli xərçəngə toxunur və kiçik bir damcı su buraxır. Canlı hüceyrələrin içərisindəki kimyəvi maddələr, daha sonra həmin damcıya keçir və təhlil üçün yenidən qələmə sovrulur.
Qələm, hər saniyə minlərlə kimyəvi maddələri ölçə bilən kütlə spektrometrinin içərisinə daxil edilir.
O, həkimlərə sağlam toxumaya və ya xərçəngə baxıb-baxmadıqlarını göstərə bilən xüsusi kimyəvi iz hazırlayr.
Cərrahların vəzifəsi isə, xərçəng və normal toxuma arasındakı sərhəddi tapmaqdır. Bəzi şişlərdə bu aydın görünür, bəzilərində isə, sağlam və xəstə toxuma arasında sərhəd aşkar olmaya bilər.
Qələm həkimlərə geriyə heç bir xərçəngin qalmadığına zəmanət verməyə kömək etməlidir.
Çox az toxuma çıxarılsa, yerdə qalan xərçəng hüceyrələri başqa bir şişə çevriləcək. Ancaq çox çıxarılsa, xüsusilə beyin kimi orqanlara zərər vura bilər.
Ostin Texas Universitetinin kimya kafedrasının dosenti Liviya Eberlinin BBC-ə dediyinə görə, bu texnologiya ilə bağlı ən həyəcanverici şey, onun klinik ehtiyaclara necə cavab verəcəyidir.
«Cihaz sadə və zərifdir, onu qısa vaxt ərzində cərrahların əlində görə bilərik».
Sınaqlar
Texnologiya, tədqiqatın bir parçası olaraq, 253 nümunə üzərindən test edilib.
Plan, növbəti il əməliyyat zamanı sınaqdan keçirmədən əvvəl, cihazı dəqiqləşdirmək üçün testlərə davam etməkdir.
Qələm hazırda 1,5 mm ölçülü bir toxuma sahəsini analiz edə bilir. Lakin tədqiqatçılar qələmi inkişaf etdiriblər, və o, artıq 0,6mm ölçülü toxuma sahəsini tədqiq etməyə qadir olmalıdır.
Qələmin ucuz olmasına baxmayaraq, kütlə spektrometri bahalı və iriölçülüdür.
Həkim Eberlin deyir ki, maneə sözsüz ki, kütlə spektrometridir.
«Biz daha kiçik, ucuz və otaqların daxilində və kənarında təkərlə hərəkət üçün nəzərə alınan bir kütlə spektrometri yaratmaq qabiliyyətinə malikik».
«Bizim etmək istədiyimiz tək şey, xəstəyə daha dəqiq, daha çevik və daha təhlükəsiz bir cərrahiyə təklif etməkdir. Bu texnologiya bizi bu üç şeylə təmin edir», - Baylor Tibb Kollecinin endokrin cərrahiyə baş həkimi və tədqiqatçılardan biri olan James Suliburk deyir.
«MasSpec Pen» qələmi cərrahiyyənindəqiqliyinin təkmilləşdirilməsinə yönələn son cəhdlərdən biridir.
Londondakı İmperial Kollecindən olan bir qrup, xərçəngin çıxarılıb-çıxarılmadığını müəyyənlşdirmək üçün, kəsdiyi toxumanı «qoxuyan» bir bıçaq yaradıblar.
Harvarddan olan başqa bir komanda isə, yığışdırılması lazım olan beyin xərçənginin həcmini müəyyən etmək üçün lazerdən istifadə edir.
Böyük Britaniyadakı Xərçəng Araşdırmaları Mərkəzinin həkimi Ayne MakKarti (Aine McCarthy) isə deyib ki, bu cür həyəcanverici tədqiqatlar, şişin xərçəng olub-olmadığını müəyyənləşdirməklə yanaşı onun xüsusiyyətlərinin öyrənilməsini sürətləndirir.
«Cərrahiyyə zamanı bu cür məlumatların sürətli şəkildə toplanması, həkimlərə imkan verir ki, xəstələrə ən yaxşı müalicə üsullarını tətbiq eləsinlər».