
Ruhani ABŞ-a səsləndi
“Sülh qarşılığında sülh, müharibə qarşılığında müharibə, neft qarşılığında neft”
“Sülh qarşılığında sülh, müharibə qarşılığında müharibə, neft qarşılığında neft”
Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfi arvadının qətlində günahlandırılır
İran prezidentinin qardaşı fırıldaqçılıqda və korrupsiyada təqsirləndirilir
Ruhani ABŞ-ı hədələdi
Xamneyi Amerikanı “təhdid” etdiyi halda, Ruhani müzakirələrə hazır olduğunu deyir
İslahatçıların ətrafı daralır
Onlardan biri gözlənilən idi, digəri isə …
Rusiyalı ekspert iranlı nazirin istefa məktubunu şərh etdi
Vəfasızlıqdan şikayətlənən XİN-in sabiq rəhbəri istefa məktubunda nəyə eyham vurub?
Zərif getdi, Bəşər gəldi
Məhkəmə bağlı qapı arxasında keçirilir
Həsən Ruhani Pakistanı təhdid edib
Ruhani İranın raket proqramı haqda
Din xadimləri dövlətdən pul ala-ala müstəqil ola bilərmi?
Ruhani Avropa dəyərlərinə riayət etməyə çağırdı
Ərdoğan "atəşkəs" dedi, Putin razılaşmadı
Oktyabrın 11-də bütün etirazlara baxmayaraq İranın Daxili İşlər Nazirliyi Məhəmməd Mehdi Şəhriyari adlı Qurmanç kürdünü Qərbi Azərbaycanın vali postuna təyin etdi.
Rejimin bu qərarı bölgə əhalisinin kəskin etirazına səbəb olub. Bu barədə Urmiyanın azərbaycanlı milli fəalları Bildiriş yayaraq sözügedən təyinatın qəbuledilməz olduğunu açıqlayıblar.
«Həsən Ruhani Hakimiyyəti ictimaiyyətin rəyini nəzərə almadan Məhəmməd Mehdi Şəhriyari adlı bir kürdü Qərbi Azərbaycana vali təyin edib. PKK terror qruplaşması və onun siyasi uzantısı Qərbi Azərbaycanın kürdləşdirilməsini stratejik hədəf kimi seçdiyi halda, Xorasan Əyalətindən olan bir kürdün bu əyalətə vali təyin edilməsi Ruhaninin türk və Azərbaycan düşmənlərinə ləbbeyk deməsi kimi qəbul olunur.
PKK və onun İran və Suriya qollarının aktivləşdiyi, Həmçinin İraq Kürdüstanında türkmən torpaqlarında məlum referendumun keçirildiyi bir vaxtda, Ruhani hökuməti saymazcasına verdiyi qərarla Azərbaycanın qərb bölgəsinin kürdləşdirilməsi prosesinə yardım edib. «Pejak» terror qruplaşması sərbəst şəkildə insan girov götürür, tədbirlər keçirir, şəhər və kəndlərdə insanları xərac verməyə məcbur edir. Belə bir vəziyyətdə Tehran hökuməti bölgədə kürd əhalisinin sayının artmasına, PKK və digər terror qruplaşmalarının güclənməsinə şərait yaradır», - deyə bildirişin bir hissəsində qeyd olunub.
Bildirişin son hissəsində xüsusi ilə vurğulanıb ki, «Şimali İraq Kürd Bölgəsəl Yönətiminin keçirdiyi qanunsuz referendum, Suriyada türkmən və ərəblərin etnik təmizləməyə məruz qalması, kürdlərin Suriyanın şimalına köçməsi və Türkiyədə PKK terror qruplaşmasının iddialarını nəzərə alanda məlum olur ki, Ruhani hökuməti Azərbaycanın qərb bölgəsini kürdləşdirməklə terror qruplaşmalarının xəyali «Kürdüstan» ideyasının dördüncü hissəsinin təkmilləşdirilməsi istiqamətində addım atır. Ruhani hökuməti bu işi ilə bölgə əhalisinin tarixi yaddaşında torpaq oğrusu kimi qalanlara, PKK və ona bağlı olan qüvvələrə xidmət edir, bu bölgənin taleyini Azərbaycan və türk düşmənlərinə tapşırır. Təbii ki, bu bağışlanmaz bir günahdır, Azərbaycan milləti bu həyasızlıq və təkəbbürə heç vaxt icazə verməyəcək».