Moskva paradının portreti
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
21:57 | 15 oktyabr 2017 | Bazar
Məqaləyə 1419 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
«Dağlıq Qarabağda müharibə birmənalı olmayacaq. Amma əgər, Allah göstərməsin, müharibə başlasa, bizim xalqımız yaman günə düşəcək, Bakı nefti üstündə oturan Azərbaycan isə tamamilə yox olacaq».
Virtualaz.org lragir.am-a istinadən bildirir ki, bunu general Arakadi Ter-Tadevosyan deyib.
Ter-Tadevosyan birinci dəfə deyil ki, «Azərbaycanın yox olması» haqqında danışır. Bu ilin iyununda o, Ermənistanda Azərbaycanın bir neçə nöqtəsinə zərbə planının olduğu barədə danışmışdı.
«Qərargahın operativ qrupu artıq bilir ki, haranı və nə ilə vurmaq olar. Əgər Azərbaycan zərbə vurmağa çalışsa, onda Ermənistanın yalnız mülki əhalisi zərər çəkəcək, çünki bizdə, Azərbaycanda olduğu kimi, strateji obyektlər yoxdur. Amma əgər biz zərbə vuracağıqsa, onda Azərbaycandan heç nə qalmayacaq, çünki elə tək Bakının ətrafında neft obyektlərinin bütöv yığını cəmləşib, hansıların ki, məhv edilməsi Azərbaycana əvəzedilməz itkilər gətirəcək», - deyə general onda bildirmişdi.
Ancaq təhlükələr, təhdidlər öz yerində, hətta Ter-Tadevosyan da etiraf edir ki, Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması məsələsində Ermənistanın Rusiyaya ümid etməsi lazım deyil.
«Yalnız Ermənistan dövləti bizim təhlükəsizliyimizin keşiyində dura və Qarabağın təhlükəsizliyini təmin edə bilər. Rusiya burada bir-iki təlimi keçirdi və dediklərinə görə, onlar Ermənistanı müdafiə etməyə hazırdırlar, amma Qarabağ haqqında heç bir söz demədilər. Yəni, Rusiya kömək edəcək, ancaq əgər yalnız Ermənistana hücum olacaqsa», - deyə general bu yaxınlarda vurğulayıb.
Azərbaycan və Ermənistan prezidentləri arasında qarşıdakı görüş haqqında danışarkən Ter-Tadevosyan bildirib ki, danışıqlardan münaqişə zonasında gərginliyin azalmasını gözləmək olar: «Mən bilmirəm, danışıqlar nə haqda aparılır, çünki tərəflər bir şey deyir, amma başqa şey edirlər. Onlar bildirirlər ki, sülh tərəfdarıdırlar. Amma oyuna Rusiya, ABŞ kimi dövlətlər qoşulublar. Prezidentlərin görüşünə gəlincə, gözlənti birdir-sərhəddə gərginliyin azalması, mən başqa məsələlərin həllinə inanmıram. Hərçənd gərginliyin azalması da mühüm məsələdir».