
Bakı-Tiflis-Qarsın potensialı artırılır
Azərbaycan qlobal miqyasda “orta güc” mərkəzlərindən birinə çevrilir
Azərbaycan qlobal miqyasda “orta güc” mərkəzlərindən birinə çevrilir
İlham Əliyev: “Bəzi günlərdə limanda tıxaclar yaranır”
Birinci rübdə TRACECA ilə yükdaşımalar 6,7 faiz artıb
Paşinyan tək Azərbaycanla yox, həm də AB və Çinlə üz-üzə qalır
Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək
Dünyanın ən uzun dəmiryolu Azərbaycandan keçə bilər
Dünyanın əməkdaşlıq xəritəsini dəyişəcək güc
Türkmənistan Bakı-Tiflis-Qars layihəsinə qoşula bilər
Gül Ərdoğana qarşı Fevzi Çakmak paşanın taktikasını işlədə bilərmi?
Dollar yenə bahalaşır, Ərdoğan ABŞ-a meydan oxuyur
Bakı-Qars dəmir yolunda ilk dəfə hopperdən istifadə olunub
İranlı rəsmi: “Bu, “Şimal-Cənub” nəqliyyat marşrutunun tərkib hissəsi olacaq”
İlham Əliyev Ankaradan beynəlxalq aləmə mesaj verdi
Ərdoğan: «Afrin şəhəri tam nəzarətə götürülüb»
PYD/YPG-nin Türkiyə sərhədi ilə təması kəsildi
Səyahət ilkin mərhələdə Qarsa qədər davam edəcək
Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimində çıxışı zamanı layihənin əhəmiyyəti barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu xətt regionumuza yalnız iqtisadi fayda gətirməyəcək. Eyni zamanda, layihə sülh, təhlükəsizlik və sabitlik, sosial rifah gətirəcək, yük və sərnişin daşınması ilə yanaşı, məlumat mübadiləsi ilə də ölkələrimizin qlobal inkişafına töhfə verəcək.
«AzərTAc» xəbər verir ki, Türkiyə Prezidenti regionun qədim dövlətləri olan ölkələrimizin daha böyük layihələrə imza ata biləcəklərini deyib. «Bu günədək həyata keçirdiyimiz Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və TANAP kimi layihələr bundan sonra da edəcəklərimizin təminatıdır. Bu düşüncələrlə Bakı-Tiflis-Qars dəmir yolunun açılışının və ilk səfərinin bir daha xeyirli olmasını Allahdan diləyirəm. Bu qürur günümüzdə iştirak edən bütün qonaqlarımıza təşəkkürlərimi bildirirəm», - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.