
Bakı-Tiflis-Qarsın potensialı artırılır
Azərbaycan qlobal miqyasda “orta güc” mərkəzlərindən birinə çevrilir
Azərbaycan qlobal miqyasda “orta güc” mərkəzlərindən birinə çevrilir
İlham Əliyev: “Bəzi günlərdə limanda tıxaclar yaranır”
Birinci rübdə TRACECA ilə yükdaşımalar 6,7 faiz artıb
Paşinyan tək Azərbaycanla yox, həm də AB və Çinlə üz-üzə qalır
Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək
Dünyanın ən uzun dəmiryolu Azərbaycandan keçə bilər
Dünyanın əməkdaşlıq xəritəsini dəyişəcək güc
Türkmənistan Bakı-Tiflis-Qars layihəsinə qoşula bilər
Bakı-Qars dəmir yolunda ilk dəfə hopperdən istifadə olunub
İranlı rəsmi: “Bu, “Şimal-Cənub” nəqliyyat marşrutunun tərkib hissəsi olacaq”
Səyahət ilkin mərhələdə Qarsa qədər davam edəcək
Azərbaycan-Ermənistan iqtisadi savaşı dərinləşir - Qarabağ bu davanın qalibinə qalacaq
Bakı-Tiflis-Qars işə düşübsə 176 milyon manat niyə ayrılıb?!...
Azərbaycanın tanınmış iqtisadçıları yola saldığımız ili dəyərləndirdilər
ABŞ səfiri: «Azərbaycan getdikcə əhəmiyyətli tranzit mərkəzinə çevrilir»
Özbəkistan və Hindistan yanvardan yüklərini BTQ və «Şimal-Cənub» nəqliyyat dəhlizi ilə daşımaq qərarı verdi
Bakı-Tiflis-Qars dəmir yolu xətti Azərbaycanın region və dünya dövlətlərinə töhfəsidir. Çünki məhz ölkəmizin təşəbbüsü ilə ərsəyə gələn bu layihə ilk dəfə tarixi İpək yolu üzərindəki ölkələri dəmir yolu xətti üzərində birləşdirdi.
Azərbaycan artıq qlobal məkanda sadəcə neft-qaz ölkəsi kimi yox, eyni zamanda loqistik mərkəz olaraq da tanınır.
Azərbaycana qərəzli mövqedə olan bəzi dairələrin əfsanə kimi yanaşdıqları bu layihə artıq dünyanın gözü qarşısında danılmaz bir reallığa çevrilib. Özü də bu dəmir yolu təkcə yeni xəttin çəkildiyi 3 ölkənin deyil, dünyanın nəqliyyat şəbəkəsinə bəxş edilən bir töhfədir.
2007-ci ildə inşasına başlanılan dəmir yolu xəttinin uzunluğu 846 km təşkil edib.
Bu məsafənin 504 km Azərbaycanın ərazisinə düşüb. Layihənin ilkin təşəbbüskarı olan Azərbaycan prezidenti İlham Əliyev onun reallaşmasında da böyük qətiyyət göstərib. Belə ki, Gürcüstana bu layihəni icra etməsi üçün lazım olan uzunmüddətli kredit verilib və layihənin reallaşdırılmasında baş verə biləcək ləngimələrin qarşısı alınıb. İlkin mərhələdə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşınması üçün nəzərdə tutulan dəmir yolu xətti vasitəsilə növbəti illərdə 17 milyon tona yaxın yük və 2 milyon nəfərədək sərnişin daşına biləcək. Layihənin Azərbaycana ilk illərdə qazandıracağı vəsait isə minimal 50 milyon dollar olacaq.
Azərbaycandan Qarsa cəmi 16-17 saata çatacaq qatarlar 2 gün yarıma Türkiyənin ən böyük şəhəri olan İstanbulda ola biləcək. Tarixi İpək yolunun davamı olaraq bu dəmir yolu xətti ilə həm yüklər, həm də sərnişinlər La-Manş boğazı və İngiltərənin paytaxtı Londona qədər fasiləsiz hərəkət imkanı əldə edirlər. Elə bu xəttin uzunluğu Azərbaycanın Şərqlə-Qərb Şimalla-Cənub arasında vacib tranzit-logistika mərkəzinə çevrildiyini göstərir. Yeni dəmir yolu xətti yüklərin və sərnişinlərin daşınmasında vaxtı azaldacaq, üzərindən keçdiyi bütün ölkələr üçün dividentlər gətirəcək, həm də təhlükəsiz və etibarlı marşrut olacaq.
Təsadüfi deyil ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttini Avropa və Asiya qitələrini birləşdirən Suveyş kanalı ilə də müqayisə edirlər. Çünki dünya tranzit ticarətində bu kanal nə qədər önəmlidirsə, Bakı-Tiflis-Qars dəmir yolu xətti də dünya nəqliyyat şəbəkəsində ən az bu qədər strateji əhəmiyyətə malikdir. Ölkələri iqtisadi və siyasi cəhətdən bir-birinə daha sıx bağlayan Bakı-Tiflis-Qars dəmir yol xətti 21-ci əsrin ən nəhəng layihələrindən biridir.
Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən nəhəng logistik mərkəz oldugunu da sübuta yetirdi. Təsadüfi deyil ki, artıq istifadəyə verildiyi ilk gündən Avropa və Asiyanın bir çox ölkələri Bakı-Tiflis-Qars dəmir yolu xəttindən istifadə etməklə yüklərin daşınması imkanlarını araşdırırlar. (xezerxeber.az)