
Bakı-Tiflis-Qarsın potensialı artırılır
Azərbaycan qlobal miqyasda “orta güc” mərkəzlərindən birinə çevrilir
Azərbaycan qlobal miqyasda “orta güc” mərkəzlərindən birinə çevrilir
İlham Əliyev: “Bəzi günlərdə limanda tıxaclar yaranır”
Birinci rübdə TRACECA ilə yükdaşımalar 6,7 faiz artıb
Paşinyan tək Azərbaycanla yox, həm də AB və Çinlə üz-üzə qalır
Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək
Dünyanın ən uzun dəmiryolu Azərbaycandan keçə bilər
Dünyanın əməkdaşlıq xəritəsini dəyişəcək güc
Türkmənistan Bakı-Tiflis-Qars layihəsinə qoşula bilər
Bakı-Qars dəmir yolunda ilk dəfə hopperdən istifadə olunub
İranlı rəsmi: “Bu, “Şimal-Cənub” nəqliyyat marşrutunun tərkib hissəsi olacaq”
Səyahət ilkin mərhələdə Qarsa qədər davam edəcək
Azərbaycan-Ermənistan iqtisadi savaşı dərinləşir - Qarabağ bu davanın qalibinə qalacaq
Bakı-Tiflis-Qars işə düşübsə 176 milyon manat niyə ayrılıb?!...
Azərbaycanın tanınmış iqtisadçıları yola saldığımız ili dəyərləndirdilər
ABŞ səfiri: «Azərbaycan getdikcə əhəmiyyətli tranzit mərkəzinə çevrilir»
Özbəkistan və Hindistan yanvardan yüklərini BTQ və «Şimal-Cənub» nəqliyyat dəhlizi ilə daşımaq qərarı verdi
Ermənistanda ötən gün işə düşən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı əməlli-başlı pərtlik müşahidə olunur. Rəsmi İrəvan hökumət və ya XİN səviyyəsində hələlik bu tarixi hadisəyə münasibət bildirməyib. Bununla belə erməni ekspert çevrələrində bu, əsas müzakirə mövzusudur. Ermənistan siyasətçiləri və ekspertləri bildirirlər ki, Azərbaycan bu layihəyə 700 milyon dolları ancaq bir məqsədlə xərləyib-Ermənistanın nəqliyyat blokadasını daha da gücləndirmək.
Digər tərəfdən Ermənistanda bu nəqliyyat dəhlizinə qoşulmaq imkanlarını da nəzərdən keçirirlər və hətta buna ümidlər də var. Ermənistan parlamentinin vitse-spikeri, «Firəvan Ermənistan» partiyasından deputat və iqtisadiyyat professoru Mikael Melkumyan news.am-a bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu əvvəldən siyasi əhəmiyyətə malik idi. Lakin onun mövqeyinə görə indi vəziyyət bir az dəyişib-layihə həm siyasi, həm iqtisadi baxımdan əhəmiyyət qazanıb.
«Əlbəttə, bu layihənin siyasi əhəmiyyəti əvvəldən güclü idi. Lakin eyni zamanda onun iqtisadi baxımdan əhəmiyyəti də az deyil. Bu dəmir yolu gələcək Gümrü-Qars dəmir yoluna ciddi rəqabət yarada bilər ki, erməni tərəfi üçün bu məqbul deyil», - Melkumyan bildirib.
Vitse-spiker etiraf edir ki, Bakı-Tiflis-Qars dəmir yolunun açılmasından sonra Gümrü-Qars dəmir yolu əhəmiyyətini itirmiş olur. Melkumyana görə bu layihədə balanslı yanaşma və biznesin cəlb edilməsi üçün ondan iqtisadi imkanlar baxımından istifadə zəruridir.
Erməni tərəfinin layihəyə qoşulması imkanları haqda suala cavab verən Melkumyan bildirib ki, bu tamamilə mümkündür. Çünki Bakı-Tiflis-Qars dəmir yolu nə Türkiyə, nə Gürcüstan, nə Azərbaycan tərəfdən milliləşdirilməyib.
«Həyat göstərəcək ki, orada yükdaşıma həcmi necə olacaq. Hazırda hansısa real proqnozlar vermək çətindir», - Melkumyan əlavə edib.