Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
21:16 | 24 noyabr 2017 | Cümə
Məqaləyə 2575 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
«2014-cü ilin yazında Rusiyanın Krımı işğal etdikdən sonra yarımadanın türk-müsəlman azlığı sayılan Krım tatarlarından minlərlə insan buradan baş götürüb qaçmalı oldu. Onların bir çoxu Ukraynaya, Kiyev və Lvov şəhərlərinə sığındılar».
ABŞ-ın «Newsweek» jurnalının Krım türklərinin işğaldan sonrakı düşdükləri acınacaqlı vəziyyətini anladan və müəllif Padriq Ridi tərəfindən qələmə alınan məqaləsi bu cümlələrlə başlayır.
Müəllif Krım tatarlarının öz doğma vətənlərində onsuz da əslində sürgün vəziyyətində yaşadığını, Rusiyanın onların unikal kimliklərini sildiyini qeyd edir. Yazıda yerli tatar mədəniyyətinin Rusiya hakimiyyət orqanları tərəfindən işğal üçün təhlükəli separatçı təhdid halı kimi qəbul olunduğu vurğulanır.
«Krım tatarları işğalın onlar üçün daha çox qorxu saçdığını düşünürlər. Tatarların bir çoxu üçün indiki Rusiya və 1944-cü ildə onları kütləvi surətdə doğma torpaqlarından qovan və xalqın ürəyində dərin yaralar açan Sovet İttifaqı arasında bir o qədər də fərq yoxdur»,- yazıda qeyd olunur.
Müəllif məqalədə Sovet İttifaqı dağıldıqdan sonra təxminən 280 min tatarın öz yurdlarına geri qayıtdığını, onların əksəriyyətinin də Ukraynanın təbii müttəfiqinə çevrildiyini bildirir.
Bu səbəbdən də işğalçı rejimin məhz Krım tatarlarını gözünə düşmən kəsdirməsində təəccüblü bir şey olmadığı deyilir: «2014-cü ilin martında Ukrayna dövləti Məclis və Qurultayı Krım tatarlarının rəsmi və nümayəndəli hakimiyyət orqanı olaraq qəbul etdi. 2016-cı ildə isə Rusiya hökuməti Məclisi ekstremist təşkilat olduğunu bildirərək onu qapatdı. Artıq bir çox Krım tatarı radikalizmdə və terrorizmdə günahlandırılaraq həbsə atılır. Rusiya hakimiyyəti bunun üçün həvəslə anti-islam ritorikasından istifadə edərək, onları «Hizb ut Təhrir» terror təşkilatının üzvü olduğunu bəyan edir».
«Human Rights Watch» təşkilatı 2015-ci ildə «Hizb ut Təhrir»lə əlaqədə olmaqda ittiham edilərək həbs olunan 26 tatarın adını çəkib.
«Lakin mənim söhbət etdiyim bir çox tatar ekstremizmdən tamamilə uzaq insan təsirini bağışlayırdı», - Padriq Ridi yazır.
Müəllif Krım tatarlarının icitmai nümayəndələrinin, media mənsublarının da ağır təzyiq altında olduğunu bildirir: «Tatar jurnalistlər xüsusi təqib altındadırlar. Demək olar ki, tatar (türk) dilində bütün mətbu orqanlar dayandırılıb. «Crimea SOS» QHT-nin verdiyi məlumata görə isə 2017-ci ilin ilk yarısında siyasi motivlərə görə 91 tatar qeyri-qanuni olaraq saxlanılıb, tatarların yaşadıqları yerlərdə axtarışlar həyata keçirilib. Həbs olunanlara qarşı işgəncələr tətbiq olunur, sağlamlığına təhlükə yaranan insanlar həkimlə təmin olunmur. Onların yaxınları ilə görüşünə icazə verilmir».
Müəllif 2017-ci ilin sentyabrında İsveçin «Civil Rights» adlı Qeyri-hökumət təşkilatı ilə işləyərkən Kiyevdə sürgündə yaşayan Krım-tatar siyasətçiləri, jurnalistləri və aktivistləri ilə görüdüyünü yazıb.
Bu adamlardan biri də Krımda vaxtilə vəkil kimi işləyən Elmira Kataklıdır. Kataklı özünün SSRİ-də yaşadığı vəziyyəti anladaraq övladlarının da eyni kabusu gördüyünü söyləyir. Elmira Kataklı Putin Rusiyasının kommunist imperiyasının modernləşdirilmiş variantı sayır.
«Rusiyada heç kimin hüququna hörmət etmirlər. Ukraynada heç olmasa haqlarını müdafiə edə biləcəyin bir məhkəmə vardı...», - krımlı vəkil bildirir.
Şövkət Nematullayev adlı jurnalist isə işğala qədər Krımın türkdilli ATR kanalında çalışıb Hazırda həmin kanal işğal hakimiyyəti tərəfindən ləğv edildiyi üçün yayım Kiyevə köçürülüb. Nematullayev yarımadada yerli insanların başına gətirilən müsibətləri insanların diqqətinə çatdırmaq üçün Facebook Live platformasından istifadə etdiklərini söyləyir. O, bir çox yaxınının hələ də işğal rejimi altında yaşadığını, bu səbəbdən dəfələrlə təhdidlər aldığını vurğulayıb.
İsgəndər Bariyev isə Məclis üzvü və tatarların Ukrayna və dünyada hüquqlarını müdafiə edən resurs mərkəzinin rəhbəridir. O, Krım tatarlarının başına gələnlərin Rusiya ilə həmsərhəd olan bütün Avropa dövlətləri üçün dərs olduğunu deyib.