
Həftədə 4 gün iş?
Süni intellekt sayəsində tezliklə heç işləməyə bilərik
Süni intellekt sayəsində tezliklə heç işləməyə bilərik
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
… Yaxud canavardan qorxan meşəyə getməz
... deyən Ankara Brüsselin boğazından yapışıb
Avropa İttifaqının yeni rəhbəri Rusiya qazından asılılıq haqda
Avropa İttifaqı Azərbaycanı Rusiya təbliğatından qoruyacaq
Sabotajlar nəticə vermir
“Donbassdakı münaqişəyə görə Ukrayna NATO və Aİ-yə girə bilməyəcək, münaqişə isə bitməyəcək”
Rusiyanın məkrli planı
Nağd ödənişlər və qanunsuz əmək bazarı ...
Afinanı 289 milyard borca salan xilasetmə paketi başa çatır
Britaniya kraliçası ölkəsinin Aİ-dən çıxmasına razılıq verdi
Yunanıstanla ortaq məxrəcin tapılması NATO-ya və Aİ-yə üzvlüyə təkan verəcək
«Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır və Aİ onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tamamilə dəstəkləyir (supports fully – nitqin orijinalından – red.)»
Virtualaz.org xəbər verir ki, bunu Brüsseldə baş tutmuş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik üzrə xidmətinin rəhbəri Federika Mogerini deyib. İstifadə etdiyi diplomatik leksikona diqqət yetirsək, Mogerininin bu bəyanatını misli görünməmiş hesab etmək olar. İş burasındadır ki, «fully» sözünü ingilis dilindən «tamamilə», «bütövlükdə», «tam həcmdə» və s. kimi tərcümə etmək olar. 2015-ci ildən başlayaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə bəyanatlar Aİ prezidenti Donald Tuskun və Mogerininin özünün də çıxışlarında dəfələrlə səslənib.
Lakin «tamamilə» («bütövlükdə», «tam həcmdə») sözü Avropa İttifaqının rəsmi bəyanatında ilk dəfədir ki səslənir. Mogerininin bəyanatı Avropa İttifaqının tərəfdaş ölkələrin, ələlxüsus Azərbaycanın ərazi bütövlüyünün qorunması probleminə yanaşmada keyfiyyətcə yeni yanaşmanın məntiqi davamı oldu.
Maraqlıdır ki, Mogerininin bəyanatı fevralın 8-də İlham Əliyevin hakim Yeni Azərbaycan Partiyasının qurultayında etdiyi proqram xarakterli nitqinin ertəsi günü, fevralın 9-da səslənib. Xatırladaq ki, məhz həmin qurultayda partiyanın lideri İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülüb. Öz nitqində İ.Əliyev Avropa İttifaqı ilə münasibətlərdə tərəqqini yüksək qiymətləndirib və Azərbaycanın ərazi bütövlüyü məsələsində Aİ-nin bütün institutlarının aydın mövqeyini qeyd edib.