Xankəndi, Əsgəran, Xocalı ...
Ölkə ictimaiyyətinin tanınmış simaları yenə Qarabağa toplaşmışdı
11:30 | 26 fevral 2018 | Bazar ertəsi
Məqaləyə 2449 dəfə baxılıb
Şriftin ölçüsü
Ölkə ictimaiyyətinin tanınmış simaları yenə Qarabağa toplaşmışdı
Soyqırımı ilə bağlı müddəa müqaviləyə daxil edilməlidir
Abuzər Manafzadə “Xocalıya” əsərini Avropa, Amerika və Asiyada 200-dən çox konsertdə ifa edib
(Soyqırımı törədən iki xalqın – almanlarla ermənilərin əsas fərqi barədə)
Erməni terorçularının Xocalıda öldürdükləri qadın 33 il sonra Bakıda hakim kimi qarşılarına çıxdı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Xocalının qarları hələ də qırmızıdır
Xocalı soyqırımının tanınması üçün neçə il lazımdır?
Azərbaycan Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırımı” kimi tanımasını istəyib
2 il əvvəl düşmən tapdağından azad olunan yurdumuz
366-nın əməlləri 30 il sonra üzə çıxır
“600.000-dən çox kürdü qətlə yetirdilər”
Yaxud törətdikləri qətliamlarla yadda qalan iki qardaş ...
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
NATO baş katibinin II Dünya müharibəsindən sonra baş verən soyıqırımlardan xəbəri yoxdur
Cəlladların söz oyunu və tarixin yaddaşı
Rusiyanın məşhur mətbu orqanı «Nezavisimaya qazeta»da Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar məqalə dərc olunub. «Report» xəbər verir ki, «Xocalı faciəsinə qarşı etinasızlıq qəbuledilməzdir» başlıqlı məqalədə soyqırımı aktlarına sükutla yanaşılmasının planetin başqa yerlərində də belə dəhşətli hadisələrin təkrarlanmasına gətirib çıxara biləcəyi vurğulanır.
«Azərbaycan bu gün – güclü və müstəqil dövlətdir, hansı ki, nüfuzundan yalnız öz regionunda deyil, həm də dünya səhnəsində istifadə edir. Azərbaycan Respublikası habelə beynəlxalq təşkilatların üzvüdür. Ölkə BMT, Avropa Şurası, ATƏT, İKT-nin üzvü kimi müsbət siyasi imic formalaşdırıb və onun iqtisadiyyatı sürətli templə artır. Azərbaycan başqa dövlətlərlə qarşılıqlı, faydalı əməkdaşlıq əlaqələri qurmağa çalışır», - deyə yazıda qeyd edilir.
Müəllif qeyd edib ki, Ermənistanın mövqeyi və böyük ölkələrin ikili standartları uzun illər boyunca Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını yubadır.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri öz himayədarlarının köməyi ilı Xocalı şəhərinə hücum edib. Hücum nəticəsində dinc, silahsız əhali kütləvi şəkildə məhv edilib. Qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər silahlı quldurların təcavüzünə məruz qalıb və xüsusi amansızlıqla öldürülüb. Xocalının daha 150 sakini itkin düşüb, 1275 nəfər girov götürülüb və işgəncələrə məruz qalıblar.
Qeyd edilir ki, Xocalı şəhərində dinc əhaliyə - etnik azərbaycanlılara qarşı hərəkətlər beynəlxalq hüquqi sənədlərə əsasən, soyqırım kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.
Məqalədə həmçinin bir sıra ölkələrin Xocalı faciəsini genosid kimi tanımaları qeyd edilir.
Həmçinin bildirilir ki, Xocalı sakinlərinə divan tutmaq haqqında əmr Ermənistanın indiki prezidenti, 1992-ci ildə Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin qərargah rəisi olmuş Serj Sərkisyan tərəfindən verilib.