ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
20:24 | 13 aprel 2018 | Cümə
Məqaləyə 3746 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
ABŞ-ın ötən həftə Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalarından sonra bu ölkənin maliyyə bazarlarında yaranmış çaxnaşma neftin dünya bazarında qiymətlərinin kəskin sıçrayışı sayəsində səngiyib. Virtualaz.org xəbər verir ki, Moskva banklararası birjasında bu gün keçirilən hərraclarda rubl ötən günlər ərzində itirdiyi mövqeləri cüzi də olsa bərpa edib. Hazırda 1 ABŞ dollarının rəsmi məzənnəsi 62 rubldan bir qədər aşağıdır. Valyutadəyişmə məntəqələrində isə dollara tələbat hələ də yüksək olaraq qalır və məzənnə 64 rubl səviyyəsindədir. Avronun rəsmi məzənnəsi isə 78 rubl təşkil edir.
Rublun sürətlə dəyərdən düşməsi prosesinin dayanmasının birbaşa səbəbkarı isə belə görünür ki, ABŞ prezidenti Donald Tramp, dolayısı səbəbkarı Suriya diktatoru Bəşər Əsəddir. Çünki Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə təxminən eyni vaxtda Əsəd rejimi Dəməşq ətrafında müxalifətin nəzarət etdiyi yeganə yaşayış məntəqəsi şərqi Qutada kimyəvi silah tətbiq etdi. Bu hücum nəticəsində azı 150 mülki şəxsin öldüyü, yüzlərlə insanın zəhərləndiyi bildirilir.
Və Əsəd rejiminin kimyəvi silah işlətməsinə cavab olaraq dərhal ABŞ prezidenti Donald Tramp Suriyaya hərbi zərbələr endirilməsi üçün hazırlıqlara başladı. Üstəlik Tramp özünün “Twitter” səhifəsində Rusiyanı və birbaşa prezident Putini də sərt ifadələrlə hədəf aldı. Nəticədə geosiyasi gərginlik artdı və ABŞ prezidenti Suriyaya tərəf vəd etdiyi “ağıllı, gözəl” raketləri hələ buraxmasa da dünya birjalarında neftin qiymətində sıçrayış baş verdi - 1 barrel “Brent” neftinin qiyməti 72 dolları ötüb keçdi.
Neft bahalaşan kimi rublun dəyərdən düşməsi də dayandı. Əks halda prosesin davam edəcəyi qaçılmaz idi. Doğrudur, neftin qiymətində ötən iki gündə baş vermiş sıçrayışlı artım dayanıb və barrel qismən ucuzlaşaraq 72 dolların altına enib. Buna baxmayaraq neftin indiki qiymətləri sərt sanksiyaların təsiri altında olan Rusiyaya rublu qorumağa imkan verir. Hərçənd neftin qiymətlərinə dair ortamüddətli proqnozlar elə də optimist sayılmır. Digər tərəfdən ABŞ tezliklə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə və bu ölkəni hətta beynəlxalq istiqrazlar bazarından sıxışdırıb çıxara bilər. Bu halda vəziyyəti düzəltməyə bahalı neft də kömək etməzdi.
Xəbər verildiyi kimi Rusiya ilə bir vaxtda Qazaxıstanda da dolların bahalaşması baş vermişdi. Bu, Qazaxıstan iqtisadiyyatının Rusiya iqtisadiyyatından birbaşa asılılığının yüksək olmasından qaynaqlanırdı. Nəticədə rublun dəyərdən düşməsi təngəni də dəyərdən salıb, üç gün ərzində dollar təxminən 15 təngə bahalaşaraq 332-yə çatıb.
Lakin rublun “sakitləşməsi” təngənin də itirdiyi mövqeləri qismən geri qaytarmasına imkan verib. Hazırda qazax milli valyutasının dollarla müqayisədə məzənnəsi 327 təngəyə yaxındır. Analitiklərə görə əgər ABŞ Rusiyanın dövlət istiqrazlarını alıb satmağı qadağan edən qanun layihəsini qəbul etsə bu zaman neftin qiymətinin yüksək omasına baxmayaraq 1 dollar 71 rubla qədər bahalaşa bilər. Qazaxıstan valyutası isə bunun təsiri altında ucuzlaşacaq, 1 dollar 340-370 təngəyə qədər bahalaşacaq.
Rusiyaya tətbiq edilən sanksiyalardan sonra bu ölkənin yaxın iqtisadi tərəfdaşı olan Belarusda da milli valyuta dəyərdən düşüb, amma daha aşağı templə. Belarus rublunun 3 gün ərzində 4.5 faiz ucuzlaşdığı bildirilir. Ermənistan dramı isə özünü daha təmkinli aparıb, cəmi 0.39 faiz dəyər itirib.
Digər qonşu ölkə Türkiyədə də lirənin ucuzlaşması stabil davam edir. Nefti olmadığından Türkiyənin milli valyutasının ucuzlaşmasını neftin bahalaşması dayandıra bilməz. TL ABŞ-la Türkiyə arasında neçə vaxtdır davam edən, dərinləşən gərginlik fonunda dəyərdən düşür. Hazırda 1 dollar 4.2 TL-yə satılır. Analitiklər dolların 5 TL psixoloji həddinə çatacağını qaçılmaz hesab edirlər.
Azərbaycan milli valyutası üçün isə belə görünür ki, hazırda risk yoxdur. Neftin qiyməti yüksəkdir, tədiyyə balansı müsbətdir, valyuta ehtiyatları xeyli artıb və belə vəziyyətdə Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun “manatın ucuzlaşmasından söhbət gedə bilməz” bəyanatına inanmaq lazım gəlir.
F.Məmmədov