
İLK BİRİNCİ
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Milyarder iş adamı bileti ilə bağlı korrupsiya ittihamını qəbul etdi
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimində iştirak ediblər.
Azərbaycan Qran-Prisinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu “Mersedes” komandasının nümayəndəsinə təqdim etdi.
İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Bakıda “Formula 1” Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. “Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.
Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb.