Putin polisə yeni səlahiyyət verdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
12:21 | 3 may 2018 | Cümə axşamı
Məqaləyə 1957 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Keçmiş SSRİ-in perimetrində dondurulmuş münaqişələr üzrə nümunələr çoxdur. Və hər yerdə Rusiya iştirak edir. Moldova, Gürcüstan və Azərbaycan hesablayırdımı ki, hər şey belə uzun davam edəcək? Onlar da bizim kimi gözləyirdilər ki, hər şey bir-iki il davam edəcək. İyirmi beş il keçdi, amma son görünmür”.
Bu açıqlamanı “Apostrof” nəşrinə müsahibəsində Ukrayna Xorvatiya ilə Bosniya və Herseqovinadakı səfiri Aleksandr Levçenko bildirib.
O, Donbas münaqişəsi üzrə ssenarilərdən danışıb. Diplomatın sözlərinə görə, Donbasda hərbi ssenari Kremlin maraqlarına uyğundur.
“Axı qarşısıalınmaz əməliyyatın başlanmasının ikinci günündə on minlərlə Rusiya xüsusi təyinatlısı və başkəsəni sərhədin 400 kilometri boyu girəcək. Və qorxunc şeylər başlanacaq. Buna görə də hərbi ssenari çox təhlükəlidir. Fikrimcə, Putin və Kreml bunu nəzərə alırlar”, - səfir deyib.
Növbəti ssenari, diplomat hesab edir ki, ərazilərin BMT-nin sülhməramlılarının cəlb edilməsiylə dinc yola qayıdışıdır:
“Kreml belə ssenaridən əvvəl imtina etmirdi. O sonra ATƏT-in missiyasının mühafizəsi üçün təmas xəttində sülhməramlılardan ibarət kontingentin ayrılmasını təklif etdi. Əlbəttə, bu nə Ukrayna, nə də BMT-nin Təhlükəsizlik Şurası tərəfindən dəstək tapmayacaq”.
Krım məsələsisinin Donbas məsələsi ilə bağlı olduğunu deyən diplomat hesab edir ki, Ukrayna, Avropa və dünya üçün təhlükəsizlik baxımından Krım Donbasdan daha əhəmiyyətlidir:
“Axı məhz Krımın zəbt edilməsindən sonra müharibə başlandı. Və əgər biz indi Krımın qayıdışı haqqında Kremllə bir təhər razılaşacağıqsa, onda Donbas məsələsi avtomatik həll ediləcək. Amma Donbas haqqında razılaşacağıqsa, onda Krım haqqında məsələ heç cür avtomatik həll edilməyəcək. Krım presedenti beynəlxalq hüquq və beynəlxalq münasibətlərdə xaosu yaradır. Krımın qayıdışı üzrə təzyiq Donbas məsələsiylə paralel həyata keçirilməlidir”.
Aleksandr Levçenkonun fikrincə, Putin Krımdan diqqəti yayındırmaq üçün Donbas münaqişəsi haqqında fikirləşməsi istisna edilmir.
Diplomat həmçinin xatırladır ki, Kremlin ritorikasında 2015-ci ildən Krımın Donbasla dəyişdirilməsinə hazırlıq hiss olunur:
“Kreml Donbasa silahlı birləşmələri daxil etdi, Ukrayna xalqında nifrəti əkdi. Hər şey nə üçün idi? Bircə, Krımın qayıdışı haqqında danışmayaq. Ona ABŞ-ın Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker vasitəsilə siqnalı verin ki, biz Krımı unutduq və Donbasda hər şey çox tezliklə nizama salınacaq. Amma nə biz, nə də dünya cəmiyyəti heç vaxt buna getməyəcək. Belə bir tezisi ortaya atırlar ki, Donbas Putinə lazım deyil. Mümkündür ki, lazım deyil, amma onu belə asanlıqla verməyəcək, onu dəyişmək istəyir. Donbasdakı bədbəxt insanlar “rus dünyası” ideyasını inandılar və onun girovu oldular. İnanırlar ki, Rusiya Donbası özünə götürəcək, amma o, bunu etməyəcək. O, bunu planlaşdırmırdı.