
Siyasi dialoqun yeni mərhələsi
Azərbaycanda iqtidar və partiyalar arasında konstruktiv əməkdaşlıq
Azərbaycanda iqtidar və partiyalar arasında konstruktiv əməkdaşlıq
Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
Hər kəs 1111 nömrəsinə zəng edə və Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə gələ bilər
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
Baş Prokurorluq Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması xəbərini təkzib etdi
Prezidentin icra başçılarına verdiyi vaxt bu gün bitdi, işdən çıxarılan üç nəfərin siyahısına kimlər əlavə olunacaq?
«Dövlət xidməti haqqında» qanundakı dəyişlkliklər qəbul olundu
PA-nın sabiq şöbə müdiri Fatma Abdullazadə: «Danışmağa heç bir sözüm yoxdur»
İcra başçılarının xanım müavinləri yola salınır
PA islahatları NK və BŞİH-ə də keçəcək; prezident seçki ilində daha çevik komanda ilə işləmək və prosesi yubadanları uzaqlaşdırmaqla davam edəcək
Yusuf Məmmədəliyev: «İslahatlarla xarakterizə olunan mühüm mərhələ yaşayırıq»
Fatma Abdullazadənin müavini də vəzifədən azad edilib
Yusuf Məmmədəliyev Birinci vitse-prezidentin köməkçisi təyin edildi
Prezidentin köməkçisi Administrasiyadakı son struktur dəyişikliyini şərh etdi
Məhərrəm Əliyev yanaşı bir neçə də vəzifəsiz qaldı
Şahin Əliyev: «Qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz»
«Türkiyə tərəfi istər baş nazir, istər dövlət başçısı, istərsə də xarici işlər naziri səviyyəsində dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlər yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər». APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasına Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
E. Aslanov bildirib ki, Azərbaycan tərəfi bu vədlərə inanır və düşünür ki, bu xətt Türkiyə xarici siyasətinin strateji istiqaməti olaraq davam etdiriləcək: «Biz buna əminik. Çox təəssüf ki, bir sıra dövlətlər tərəfindən bu proses maliyyələşdirilir, yəni Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində müəyyən işlər aparılır və aparılmaqdadır. Amma yenə də məsələnin kökünə qayıtsaq, sərhədlərin bağlanma səbəblərini araşdırmağa başlasaq, görərik ki, sərhədlər yalnız və yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər. Bölgədə sülh, əmin-amanlıq, sabitlik Ermənistanın pozucu siyasətindən əl çəkməsindən sonra bərqərar ola bilər. Bu gün çox təəssüf ki, Ermənistan öz qeyri-konstruktiv və irrasional siyasəti ilə bölgədə pozucu amilə çevrilib. Ermənistanın bu siyasəti onun həm iqtisadi blokadada, həm siyasi müstəvidə oyundankənar bir vəziyyətdə qalmasına səbəb olur».