Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
17:15 | 17 fevral 2019 | Bazar
Məqaləyə 1751 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Hər il keçirilən Münhen təhlükəsizlik konfransı ona görə maraq kəsb edir ki, burada açıq söhbət gedir. Yəni bu konfransda diplomatik ritorika azdır, kimin nə dərdi var onu açıq söyləyir. Məsələn illər əvvəl bu konfransda iştirak edən Rusiya prezidenti Vladimir Putin konfransdakı sərt çıxışında Qərbdən və əsasən də ABŞ-dan niyə narazı qaldığını bənd-bənd söylədi və onu dinləyənlər elə onun rəqibləri idi. Və ya bu dəfə də Böyük Britaniyanın və Rusiyanın xarici işlər nazirlərinin bir-birlərinin ünvanına demədikləri ağır söz qalmadı.
Problem ondadır ki, açıq söhbət belə qlobal problemlərin həllini yaxınlaşdırmır. Yəni hamı ürəyini boşaldır, ancaq “problemləri necə birgə həll edək” sualına cavab tapa bilmirlər. Bu da anlaşılandır. Dünyada gedən son proseslər fikir ayrılıqlarını daha da dərinləşdirir. Soyuq müharibə illərində oyun qaydaları daha aydın idi, iki rəqib blok var idi, dünya iki hissəyə bölünmüşdü, ölkələrin əksəriyyəti hissələrdən birini seçmişdi. İndi isə oyunçuların sayı artıb və hərə öz oyununu aparmağa çalışır, beynəlxalq aləmdə nizam pozulub.
Azərbaycan baxımından bu konfransın bizə elə bir əhəmiyyəti olmadı. Əvvəlcədən yayılan məlumatların əksinə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Münhendə xüsusi olaraq görüşmədilər. Məncə, elə yaxşı ki, görüşüb müzakirə aparmadılar. Münhen təhlükəsizlik konfransından əvvəl “Xəzər aktual” proqramında açıq söylədim ki, xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur, bu bizə sərfəli deyil, çünki baş nazir Nikol Paşinyan və onun komandası Qarabağ danışıqlarına hazır olmadığını hər dəfə bəyan edirlər. İşğalçı ölkənin təmsilçiləri detallı danışığa hazır deyillərsə və görüşlərdən status-kvonu uzatmaq üçün istifadə edirlərsə və edəcəklərsə, biz niyə görüntü xatirinə bu görüşlərdə iştirak etməliyik?