
«Bəli, əfəndim, xatırlayıram!»
Rza Zərrabın şahidliyi, ifadəsi və taktikası
Rza Zərrabın şahidliyi, ifadəsi və taktikası
«Sığorta Mamed»in oğullarının maliyyə maxinasiyaları haqqında ABŞ məhkəməsi ortaya faktlar qoyarsa...; proses maliyyə nazirimizi də zədələyə bilər
Bu torpaqlarda onun «ətindən-südündən» yararlanmaq istəyən xeyli insanlar var...
İran əsilli iş adamını yaşlı kamera yoldaşına təcavüzdə suçladılar; milyonçu məhkəmədə verdiyi rüşvətlərdən danışır: «Rüşvətə təşnə hər kəsin bir qiyməti var»
Zərrab məsələsi Türkiyəyə milyardlarla dollar ziyan vura bilər
ABŞ-Türkiyə münasibətlərini nə gözləyir?
Alaranın da mülkləri müsadirə olunacaq
Sentyabra qədər «Halkbank» əməkdaşı ilə İranlı iş adamı prosesə birlikdə qatılırdılar
20 dəbdəbəli mülkü, altı atı, yeddi gəmisi, özəl təyyarəsi, 17 bahalı avtomobili, 10 milyonluq sənətə əsərləri və daha nələr...
Rza Zərrab nazirə rüşvət verdiyini etiraf etdi
İranlı iş adamı məhkəmədə şahid qismində iştirak edir; o, həbsdəki «Xalq Bank» rəhbərinin hansı sirlərini bilir?
Ebru Gündəş boşanma iddiası qaldırdı
Azərbaycan əsilli milyarder özünü təqsirli bildi
Türkiyə və ABŞ gərginliyi investorların Türkiyəyə marağını soyudub, lirənin məzənnəsi rekord səviyyəyə enib
Prokurorlar biznesmenin əvəzinə Türkiyə rəsmilərini mühakimə etməyə hazırlaşır
Sirlərlə və böyük pullarla dolu həyat hekayəsi - cinayətlər, eşq romanları, rüşvətlər və daha nələr
Bu dəqiqələrdə Türkiyədə məhkəmə 17 dekabr rüşvət və korrupsiya əməliyyatında həbs edilən İran əsilli azərbaycanlı milyarder Rza Zərrabın və üç nazir oğlunun azadlığa buraxılması barədə qərar çıxarıb.
Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, keçmiş daxili işlər naziri Muammer Gülerin oğlu Barış Gülər, keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan və Rza Zərrab da daxil olmaqla 17 dekabr əməliyyatında tutulanlardan 5-i barədə həbsdən buraxılma qərarı verilib. Bundan əvvəl məhkəmə 17 dekabr əməliyyatında tutulan iş adamı Əli Ağaoğlunu və bir çox digər şübhəlini də həbsdən buraxmışdı.
Türkiyə mediası xəbər verir ki, Rza Zərrab və nazir uşaqları da daxil olmaqla 17 dekabr əməliyyatında tutulanlardan 5-nin azadlığa buraxılması ilə bu iş üzrə həbs edilənlərin hamısı buraxılmış olub.
Sosial şəbəkələrdə bu xəbər baş nazir Ərdoğanın oğlu ilə telefon danışığında “evdəki paraları sıfırlayın” təlimatına eyhamla “Sıfırladılar” başlığı ilə yayılıb.
Rza Zərrab və digərlərinin azadlığa buraxılması barədə qərarı İstanbul məhkəməsi çıxarıb. Rza Zərrabın vəkili Şeyda Yıldırım bildirib ki, məhkəmə qərarı artıq şübhəlilərin saxlanıldığı Metris həbsxanasına göndərilib və onun müdafiə etdiyi şəxs yaxın saatlarda həbsxananı tərk edəcək. Bununla belə Rza Zərrab və nazir uşaqlarının ölkəni tərk etməsinə qadağa qoyulub.