Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
15:39 | 28 fevral 2014 | Cümə
Məqaləyə 3039 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Vaxt.az Çingiz Abdullayevin Ukraynadakı son proseslər və prezident postundan uzaqlaşdırılmış Viktor Yanukoviçlə bağlı «Media forum»a verdiyi müsahibəni təqdim edir.
- Yanukoviç haqqında əsərinizdə onun çox ağır həyat yaşadığını, bəzən təsadüf nəticəsində sağ qaldığını yazırsınız. İndi onun yaşadıqlarını faciəli həyatın məntiqi davamı saymaq olarmı?
- Əlbəttə, bu, faciənin davamıdır. Ukraynada baş verənlər böyük faciədir. Görün nə qədər adam həlak olub. Mən Yanukoviçi şəxsən tanıyıram, çox cəsarətli, davakar adamdır. İki dəfə həbsdə yatıb, dustaqlar ona ölüm hökmü çıxarıblar, amma həbsxanadan sağ çıxıb.
Pul adamları daha tez sındırır. Bilirik ki, Yanukoviç prezident postuna gələndən sonra adi diş həkimi olan oğlu iki ilə 4 milyard dollardan çox pul qazandı. O biri oğlu deputat oldu. Görünür, bu, kişiyə çox böyük təsir etdi. Təbii ki, birinci növbədə o özünü yox, pulları fikirləşirdi. Çox qan tökdü. Yəqin istəmədi daha çox qan tökülsün və qaçdı. Onu başa düşürəm.
Amma mən Ukrayna hadisələrinə çox pis baxıram. Ona görə ki, bir belə adam qırılıb. Mediada oxuyuram ki, «Ukraynada diktaturanın sonu gəldi». Diktatura ola bilməzdi. Çünki Yanukoviç qanuni prezident seçilib. Amma buna baxmayaraq inqilab olub, camaat da başa düşür ki, hamısı oğrudur, korrupsioner, rüşvətxordur. İnsanlar da buna dözmədi, onları qəbul etmək istəmədi.
Sizə bir proqnoz verim. Prezident seçkisindən sonra, mayda böyük bir silkələnmə, geri dönüş olacaq. Görərsiniz kimi seçəcəklər, gələn yarım il, bir ildə Ukraynada nə baş verəcək. Yanukoviçin siyasi gələcəyinin olacağına inanmıram. Amma Ukrayna elə ölkədir ki, orada nə desəniz baş verər. Mən indidən deyirəm ki, ilin axırına qədər orada böyük bir silkələnmə olacaq.
«Maydan»da olan adamlar səs yığa bilməyəcək, onların əleyhinə olanlara isə çox insan səs verəcək. Ona görə ki, Ukraynada Stepan Banderanın şəklini qaldırırlar, orada qatı millətçilər var. Xalq onların heç birini qəbul etməyəcək. Ukraynada 60 milyon adam yaşayır. Deyək ki, 20 milyon onu qəbul edir. Amma 40 milyon etməyəcək. Son iyirmi ili xatırlasaq, orada həmişə şərq tərəf, şərqin namizədi qalib gəlib. Vaxtilə Leonid Kuçma da Leonid Kravçuka qalib gəlmişdi. Sonra Yanukoviç Viktor Yuşşenkonu uddu, amma dedilər, yox, düz hesablanmayıb, üçüncü tura getdilər, Yuşşenkonu keçirdilər. Yuşşenko isə çox qala bilmədi, növbəti seçkidə heç ikinci tura da keçmədi.
Ukraynada hadisələr belə bitməyəcək. Hələ biz bilmirik Krım məsələsi necə bitəcək. İlin axırında da, görünür, parlament seçkisi olacaq. Görəcəksiniz ki, onda da daha çox o biri partiyalar səs yığacaq, millətçi partiyalar yox.
- Deyirsiniz Yanukoviç həbsxana çətinliklərindən keçsə də, pulun qarşısında tab gətirə bilmədi...
- Pul yox, korrupsiya. Prezident olandan sonra oğlu 4 milyard 500 milyon dollar pul qazanıb. Qazanmayıb axı, oğurluqdur. Necə qazanıb?
Yanukoviç pis adam deyil. Amma prezident olandan sonra bütün qohumları, dostları başladılar Ukraynanı dağıtmağa, oğurlamağa. Təbii ki, xalq buna dözmədi, heç bir xalq da dözməz. Mən onu şəxsən tanıyıram, bilirəm nə deyirəm. Bu adam anasız, çox böyük çətinliklərlə böyüyüb. İki dəfə türmədə yatıb. Amma buna baxmayaraq Avropanın ən böyük ölkəsinin prezidenti olub. Heyf ki, prezident olandan sonra korrupsiya, pul, qohumbazlıq, yerlibazlıq onu yıxdı, nəticəsi də göz qabağındadır.
- Siz detektiv yazar, Yanukoviçin əvvəlini bilən şəxs kimi onun gələcəyini necə görürsünüz?
- Mən inanmıram ki, onun siyasi gələcəyi var. Neçə milyon insanı qoyub qaçıb. Onların taleyi sabah nə olacaq, bilinmir. Təbii ki, bütün bunlardan sonra Yanukoviçin siyasi gələcəyi yoxdur. Çox güman, Rusiyaya sığınacaq. Təbii ki, ruslar onu Ukraynaya təhvil verməyəcək.
Yanukoviçin ən böyük faciəsi ondadır ki, iki stulda oturmaq, Rusiya ilə də, Avropa ilə də dost olmaq istəyirdi. Amma belə ola bilməzdi. Nəticəni də gördünüz.
- Yanukoviç haqda ikinci əsər yazmağınız mümkündürmü?
- Belə getsə, yazacam. Buna zərurət yaranır.