
Kütlənin diqqəti
Paşinyan ermənilərin emosional hisslərinə toxunmaqla öz müdafiəsini düşünür
Paşinyan ermənilərin emosional hisslərinə toxunmaqla öz müdafiəsini düşünür
Dubayda idmançı ermənini hardan tapıblar?
Baş nazir ermənilərlə necə məzələnib?
“Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”
Ermənistana baha başa gələn işğal həm böyük maliyyə, həm də insan itkisi tələb edir
Paşinyan məxfi sənəd açıqladı
Separatçılar İrəvanla birgə plan əsasında fəallıqlarını artıblar
İşğalçı ölkə demoqrafik fəlakət astanasında - qurtuluş Qarabağdan keçir
Paşinyan general Movsesi qondarma rejimin başına gətirmək istəyir
Naqolay, primitiv və rüsvayçı şəkildə
Paşinyan və erməni politolqolar “qaralar”ın qisasndan əndişəyə düşüblər
Ermənistanın xarici borc girdabında boğulur - inqilab da çarə olmadı
Tevanyan: “Nəinki Dağlıq Qarabağ Azərbaycana qayıdacaq, üstəlik …”
“Daşnaksütyun”-Paşinyan qarşıdurması güclənir
Politoloq: “Paşinyan həm daxili, həm də xarici auditoriya qarşısında siyasi gedişlər edir”
Ordudakı itkilər gizlədilir
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda planlaşdırılmış görüşü ərəfəsində növbəti davakar bəyanatla çıxış edib.
“Sputnik Armeniya”nın məlumatına görə, N.Paşinyan bəyan edib ki, Qarabağda döyüş istənilən vaxt başlana bilər.
Nikol Paşinyan Azərbaycanı, guya nizamasalma prosesini konstruktiv danışıqlar məcrasından çıxarmağa çalışmaqda ittiham edib və bildirib ki, Ermənistan bu cəhdlərin qarşısını almalıdır.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hazırlıq səviyyəsini daim artırmalıdır.
“Nə Ermənistan, nə də Dağlıq Qarabağ müharibə istəmir, amma heç kim onları müharibə təhlükəsi ilə qorxuda bilməz və bunu başa düşmək vacibdir”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri hazırda Vaşinqtondadır və Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vasitəçiliyi ilə danışıqlar aparacaqlar. Bu danışıqların gündəliyi Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün hazırlanmasıdır.
Vacib danışıqlar ərəfəsində Nikol Paşinyanın sərt ritorikalı çıxışı göstərir ki, o bunda maraqlı deyil və sülh prosesini pozmaq istəyir. N.Paşinyanın hərəkətləri Azərbaycanın tərəfdar olduğu etibar və dialoq platformasının bərpası üzrə səyləri heçə endirir.