
Kütlənin diqqəti
Paşinyan ermənilərin emosional hisslərinə toxunmaqla öz müdafiəsini düşünür
Paşinyan ermənilərin emosional hisslərinə toxunmaqla öz müdafiəsini düşünür
Dubayda idmançı ermənini hardan tapıblar?
Baş nazir ermənilərlə necə məzələnib?
“Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”
Ermənistana baha başa gələn işğal həm böyük maliyyə, həm də insan itkisi tələb edir
Paşinyan məxfi sənəd açıqladı
Separatçılar İrəvanla birgə plan əsasında fəallıqlarını artıblar
İşğalçı ölkə demoqrafik fəlakət astanasında - qurtuluş Qarabağdan keçir
Paşinyan general Movsesi qondarma rejimin başına gətirmək istəyir
Naqolay, primitiv və rüsvayçı şəkildə
Paşinyan və erməni politolqolar “qaralar”ın qisasndan əndişəyə düşüblər
Ermənistanın xarici borc girdabında boğulur - inqilab da çarə olmadı
Tevanyan: “Nəinki Dağlıq Qarabağ Azərbaycana qayıdacaq, üstəlik …”
“Daşnaksütyun”-Paşinyan qarşıdurması güclənir
Politoloq: “Paşinyan həm daxili, həm də xarici auditoriya qarşısında siyasi gedişlər edir”
Ordudakı itkilər gizlədilir
Son vaxtlar erməni hərbi-siyasi liderlərinin İrəvandan Qarabağa helikopter vasitəsi ilə səfər etməsi adi hadisəyə çevrilib. Maraqlıdır, Azərbaycan onun hava məkanından icazəsiz istifadə edən bu helikopterlərə atəş aça, onları zərərsizləşdirə bilərmi? Əgər bu mümkündürsə, o zaman hava məkanımızda cövlan edən düşmən təyyarələrinə niyə atəş açılmır?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı “moderator.az”a maraqlı fikirlər səsləndirib:
“Bu, Azərbaycan üçün ciddi təhlükəsizlik mövzusudur. Bir neçə il əvvəl ermənilər öyünürdülər ki, artıq Xankəndindəki hava limanını təmir ediblər və bu liman uçuşlara hazırdır. O zaman Azərbaycan bununla bağlı sərt reaksiya ortaya qoydu. Beynəlxalq Aviasiya Mərkəzi ilə əlaqə saxladı. Onlar da etiraf etdilər ki, Qarabağ səması Azərbaycana məxsusdur və burada hər hansı uçuş həyata keçirmək üçün Azərbaycanın icazəsi olmalıdır. Azərbaycanın təzyiqləri bu məsələdə öz rolunu oynadı. Amma illər keçdikcə görürük ki, Xankəndi beynəlxalq hava limanı kimi fəaliyyət göstərməsə də, buradan digər ölkələrə uçuşlar olmasa da, Ermənistanla sıx təmas mövcuddur. Hesab edirəm ki, bu tendensiyanın qarşısını almaq vacibdir.
Doğrudur, erməni hərbi-siyasi rəhbərlərinin uçduğu helikopter və ya təyyarənin vurulması həm müharibəyə rəvac verə, həm də ölkəmizə böyük dövlətlərin təzyiqi ilə üz-üzə qoya bilər. Amma müxtəlif dolayı yollarla biz məsələyə müdaxilə edə, bu yöndə təzyiqi artıra bilərik. Çünki biz bu məqama laqeyd qaldıqca, bu cür uçuşların sayı artacaq. Bizi Xankəndi hava limanının qismən də olsa fəaliyyət göstərməsi fikrinə alışdıracaqlar. Buna isə yol vermək olmaz.
Baxın, Ermənistanın baş naziri də Qarabağa gəlib-gedəndə helikopterdən istifadə edir. Halbuki, əvvəllər onlar buna risk etmir, Qarabağa quru yolu ilə səfər edirdilər. İndi isə helikopterlə gəlib-gedirlər. Biz bu alışqanlığı ortadan qaldırmalıyıq. Bunun üçün müəyyən qədər hərbi təzyiqi artırmalı, ara-sıra sərt açıqlamalar verməliyik. Xankəndi hava limanının vurula biləcəyi də zaman-zaman düşmənə xatırladılmalıdır. Bunları eləməsək, bu cür uçuşlar artacaq və separatçı rejimlə İrəvan arasında hava təması genişlənəcək”, - deyə politoloq bildirib.