Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:50 | 10 sentyabr 2019 | Çərşənbə axşamı
Məqaləyə 2973 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Ukrayna prezidenti öz sözünün üstündə durdu - hələ prezidentliyə namizəd olarkən onun seçkiqabağı vədlərinin mühüm punktlarından biri Moskva ilə məqbul dialoq yollarını aramaq idi.
Qeyd etmək lazımdır ki, artıq ilk nəticə var - ötən həftənin sonunda əsir və girovların ilk mübadiləsi baş tutdu.
Əlbəttə, yekun söz üçün hələ tələsmək lazım deyil, çünki Rusiya əsirliyində hələ yüzdən artıq Ukrayna vətəndaşı var. Üstəlik də Donbas məsələsində hələ hər hansı boşalma müşahidə olunmur, Krım məsələsinə gəldikdə isə, onun perspektivləri hələ çox mübahisəlidir.
Amma tərəflərin məsələnin humanitar aspektlərindən başlaması, bütün hallarda ümidverici amildir, çünki bu aspektlərin nəzərə alınması geç-tez münaqişənin həlli prosesində uğurlu siyasi və diplomatik formulların tapılmasına yardımçı ola bilər.
Belə də aydındır ki, Donbas böhranı gec-tez həllini tapacaq. Bu problemi həll etmək üçün Ukraynanın ərazi-inzibati idarəçilik prinsiplərində müvafiq dəyişikliklər etmək və yaxud da bir müddət üçün ikinci dövlət dili kimi rus dilinin də istifadə olunmasına razılaşmaq olar. Bütün hallarda, Rusiya hələ ki, açıq şəkildə bu ərazilərə hər hansı bir iddia irəli sürmür.
Amma Krımla bağlı vəziyyət bir azacıq qəlizdi. Baxmayaraq ki, demək olar, heç bir dövlət onun anneksiyasını tanımır, yenə də aydındır ki, nə qədər ki, prezident V.Putin hakimiyyətdədir və ya onun kölgəsi Rusiya siyasətinin üzərindədir, yəqin ki, məsələ həll olunmayacaq. Sonrasına isə baxarıq...
Amma bu məsələdə bizi tamam başqa məqamlar düşündürür. Rusiyanın açıq şəkildə Ukrayna böhranının bir tərəfi kimi çıxış etməsi, qonşu dövlətin ərazisini işğal etmiş bir ölkə olması, bütün postsovet məkanında mövcud olan münaqişələri qızışdırması və dəstəkləməsi o deməkdir ki, bu ölkə Qarabağ problemində “arbitr” ola bilməz və biz də, həmkarlarımız da bunu dəfələrlə qeyd etmişik.
Prinsipcə, hamı məsələnin bu qoyuluşu ilə razıdır, sadəcə, hamını çəkindirən budur ki, biz əgər qonşumuz gürcülərin Abxaziya və Cənubi Osetiya məsələlərində etdikləri kimi birbaşa Kremli ifşa etməyə başlasaq, onda belə təhlükə var ki, Moskva bütünlüklə Qarabağ separatistlərinin və yaxud da İrəvanın tərəfinə keçə bilər. bu isə münaqişənin nizamlanmasında yeni-yeni ciddi problemlərin yaranması demək olardı.
Odur ki, biz indi çox çətinliklə olsa da, Rusiyanın da resurslarından istifadə etməyə və onu tamam özümüzə qarşı qaldırmamağa çalışırıq və bunun üçün əlbəttə ki, Moskvanın regiondakı maraqlarını nəzərə alırıq.
Amma N.Paşinyanın hakimiyyətə gəlişilə prosesdə tamam qeyri-müəyyən vəziyyət yaranıbdı; Ermənistanın yeni hakimiyyətilə ortaq məxrəc tapılacağı ilə bağlı ümidlər doğrulmadı, üstəlik, Kremlin özünün İrəvanın yeni siyasi isteblişmentilə hələ normal münasibətləri qurulmayıbdı. Ona görə də Kiyevlə Moskva arasında əsirlərin mübadiləsi prosesini müşahidə edərkən ixtiyarsız olaraq düşündük ki, prinsipcə, Bakı ilə İrəvan arasında da belə ola bilərdi.
Demək lazımdır ki, hələ bir il bundan əvvəl Azərbaycan prezidenti belə təkliflə çıxış etmişdi, amma təəssüf ki, Ermənistanın baş naziri həmin o təklifi dəstəkləmədi və bu, bir daha göstərir ki, Ermənistanda hakimiyyətdə demokrat yox, əsl daşnak qərar tutubdur və o, azərbaycanlıların hətta Qarabağ haqqında düşünməyi ağıllarına belə gətirməyə cəsarət etməməsi üçün hər cür qəddarlığa hazırdır...
İstəyi olsaydı, Moskva bu məsələdə əlbəttə, pozitiv rol oynaya bilərdi. Baxın, görün, onlar R.Köçəryanın azadlığa çıxması üçün necə çalışırlar! Düşünürük ki, general N.Patruşevn İrəvan səfərinin də əsas motivlərindən biri məhz Köçəryanın məsələsi idi və demək lazımdır ki, bu günlərdə Ermənistanın konstitusiya məhkəməsi Köçəryanın iddiasını qismən təmin etdi və sentyabrın 12-də İrəvanda birinci instansiya məhkəməsi eks-prezidentin məsələsinə təkrar baxacaq və tamam istisna deyil ki, Köçəryanın “məhbəs ekskursiyaları”na son veriləcək.
Bunları niyə yazırıq? Axı aydındır ki, Rusiyanın xoş iradəsi və məramı olsaydı Bakı və İrəvan arasında da hərbi əsirlərin və girovların mübadiləsi məsələsi sürətlənərdi. Yadımıza gəlir, yaxın vaxtlarda ABŞ hakimiyyəti gecə-gündüz Ankarada həbsdə olan vətəndaşını -adi pastoru azad etmək üçün çalışdı və buna nail də oldu.
Əslində bütün dövlətlər bu cür edir və vətəndaşları arasında fərq qoymur. Amma təəssüf, Rusiyanın hakim dairələrini belə bir fakt narahat etmir ki, Ermənistandakı hərbi əsirlərin arasında Rusiya vətəndaşı - D.Əsgərov da var və hansı ki, Rusiya prezidentinin dostu olmasa da, hər halda, Rusiya vətəndaşı adlanır və bir vaxtlar cibində bu ölkənin pasportunu gəzdiribdi...