
Pandemiyadan 5 il keçdi
Hər 10 nəfərdən 1-i COVİD-in olduğuna əmin deyil
Hər 10 nəfərdən 1-i COVİD-in olduğuna əmin deyil
İnvestorların qızıla yatırımı “pandemiyanın” fəsadlarıdır
Qonşusunu “Covid-19”a yoluxduran qadına həbs cəzası
“COVİD-19” bərpa fondunda gecikmələr nəticəsində AB üzvü dövlətlər pullarını ala bilməyib
ABŞ-da COVİD-19 vaksininə şübhə edənlərin sayı artır
Meymun çiçəyi virusu haqqında şok təfərrüat
Özünüzü meymun çiçəyi virusundan qorumağın yeganə yolu!
Cənubi Koreya “Covid-19” həyəcanı
Kabus geri dönür; “ən yoluxucu variant” sürətlə yayılır
Yunanıstanda “Covid-19” həyəcanı
DST xəbərdar edir, yoluxduqdan beş gün sonra başlayır
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
Avropa ölkəsi COVİD-19 yoluxmaları zamanı məcburi karantini ləğv edir
Polisi aksiya iştirakçılarını mobil telefon siqnalları ilə aşkarlayır
Çində baş verən etiraz aksiyalarının görünməmiş miqyası pandemiya yumşalmalarına səbəb oldu
“Yoluxma sayı günü-gündən artır və daha da artacağı gözlənilir”. Bunu həkim-infeksionist Nilufər Məmmədova deyib.
Mütəxəssis bildirib ki, insanlar restoranlarda da bacardıqca maska istifadəsi və sosial məsafənin qorunması qaydalarına ciddi riayət etsinlər: “Yoluxma rəqəmlərinin daha yüksək həddə olmasında gündəlik test sayının artırılması da çox önəmli rol oynayır. Əgər gündəlik test sayı daha da artırılarsa, bu rəqəmləri daha da yüksək həddə görə bilərik. Adətən ailə içi yoluxmalarda ailənin bir üzvü test etdirir, digər şəxslər isə testdən yayındıqları üçün zənnimcə, bu yoluxma sayını göstərən rəqəmlər reallığı əks etdirmir. Əslində bu rəqəmlər göstəriləndən, qeydə alınandan daha yüksəkdir.
Ölüm sayı xəstəliyin bu ştammın öldürücü olmasına bağlı olaraq deyil, daha çox yoluxanların sayı ilə mütənasiblik təşkil edərək artır. Təbii olaraq yoluxma sayı nə qədər çox qeydə alınarsa, o qədər çox ağırlaşma və ölüm qeydə alınacaqdır.
Həkim çarəsizliyi etiraf etdi
Qapanmalara təkcə yoluxma sayı deyil, xəstəxanaların xəstə qəbulu qabiliyyəti də nəzərə alınaraq qərar verilir. Yoluxma sayının günü-gündən artmasının səbəbi, qapanmalara gedilməməsi bir növ bu şəraitdə pandemiya vəziyyətinə uyğunlaşmağa çalışmaq üçün seçimdir. Təbii ki, qapanmalara gedilmədiyi müddətdə insanların xüsusən qapalı məkanlardan çox istifadə etməsi, yoluxma sayının artmasına ciddi təsir göstərir. Bu, həmçinin virusun bu ştammının yoluxduruculuq qabiliyyətinin yüksək olması ilə bağlıdır.
Qorunma qaydaları dəyişməz olaraq qalır. İnsanları sərt karantin rejiminin tətbiq edilməməsi üçün daha məsuliyyətli olmağa çağırırıq. Xüsusən qapalı məkanlardan bacardıqca az istifadə etsinlər və günün pik saatlarında, xüsusən axşam saatlarında kafe, restoran, kinoteatr kimi yerlərdən insanların daha çox toplaşdığı saatlarda heç olmasa az istifadə olunsun və ya istifadə olunarkən baxmayaraq ki, qaydalar restoranlarda maskasız olmağa icazə verir, bacardıqca maskalardan və sosial məsafənin qorunması qaydalarına ciddi riayət etsinlər. Hələ ki, başqa çarəmiz yoxdur.
Omikrondan qorunmağın əsas yolu ...
Buster - üçüncü doza vaksininin vaxtı çatan insanlar da ağırlaşmalardan qorunmaq üçün vaksinasiya olunmalıdır. Yalnız bu halda bu ştammın daha pis fəsadlarından qoruna bilərik. Hər bir ştamm meydana çıxandan təxminən bir-iki ay sonra öz yoluxduruculuğunu itirir və sıradan çıxır, yerini başqa ştamma verir və yaxud da, ümumiyyətlə xəstəliyin aradan qalxmasına səbəb olur. Ona görə də maksimal dərəcədə Omikrondan ziyansız qurtulmaq üçün qorunma qaydalarına riayət etmək ən əsas çıxış yolumuzdur”. (milli.az)