Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
09:51 | 30 mart 2022 | Çərşənbə
Məqaləyə 736 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Azərbaycanın neft sənayesinə zərbə endirməyə çağırış edən Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin sözləri əslində Rusiyanın imperiya, bolşevik və müasir dövrdə rəhbərinin gizli planlarından biri olub. Tarixdən az çox məlumatlı olan şəxslər bilirlər ki, I Pyotrın Bakı neftinə nəzarət etmək üçün Abşeron və Bakını işğal etməsi üçün xüsusi əmri olub. Hətta ordu komandanlığına tapşırıq vermişdi ki, əgər Bakı və Abşeron ələ keçirilməsə od vurub oranı yandırın ki, neft Persiya şahına qismət olmasın. Qaynaqlar yazırlar ki, Bakı və Abşeronun ələ keçirilməsi xəbərini eşidən Pyotr sevinmiş və 1723-cü ildə general Matyuşkinə yazdığı növbəti məktubunda “Bakıdan bir neçə pud ağ neft götür və bizə göndər, imkanınız olsa, 1000 pud göndərin” - deyə əmr etmişdi.
İkinci səfər Rusların Bakı neftinə od vurub buranı partlatmaq ideyası Bolşeviklərin olub. Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklər neft mədənlərinə od vurub Cümhuriyyətin təslim olmasını tələb etmək planları olub. Bu planın icrasını Serqo Orconikidze və Çingiz İldırıma həvalə etmiş idilər. Bakıda bolşevik ideyası daşıyan neft mədənlərində çalışan işçilər 1920-ci ilin əvvəllərində Bakı neft quyuları və anbarlarına od vurub yandırmalı idilər ki, nəticə Cümhuriyyət geri çəkilib hakimiyyəti onlara verməli idi. Lakin Lev Trotskinin Leninə Bakı neftinin onlara hansı uğurlar gətirə biləcəyini inandırdıqdan sonra plan həyata keçirilməmiş və nəticədə Bakıya Çingiz İldırım dənizdən hücum etmək əmrini alır.
Üçüncü səfər Bakının neft mədənlərini partlatmaq Stalinin ideyası olub. İkinci dünya müharibəsi illərində Bakının almanlara təslim olmaması üçün bütün neft mədənləri minalanmış idi. O dövrdə ölkədə istehsal edilən neftin 70-75 faizi, benzinin 85-90 faizi Azərbaycanın payına düşürdü və belə qızıl şəhəri almanlara vermək əvəzinə ora od vurub yandırmağı Stalin üçün önəmli idi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi Stalinin. Lakin azərbaycanlıların Bakını qorumaq üçün səfərbərlik etməsi, Britaniya və Amerikanın müharibəyə qoşulması və almanların yavaş-yavaş məğlub olması Bakını xilas etdi, neft mədənləri minalardan təmizləndi...
İndi də Rusiya Bakı neftinin istənilən zaman partlada bilər planı deputatın dili ilə yenidən gündəmə gətirilir. Bu bir daha göstərir ki, Rusiya Azərbaycana dost ölkə deyil və ola bilməz. Rusiya işğalçı planını icra etmək üçün böyük şəhərlərə od vurub yandıra bilər və bunun hazırda Ukraynada baş verənlərə baxanda şahid oluruq...