Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
11:16 | 26 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 896 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
ABŞ Çinlə bağlı yeni həyəcan təbili çalıb. Pekin kiçik Solomon adaları dövləti ilə “təhlükəsizliklə” bağlı saziş imzalayıb. Çin bu ada dövlətinə təhlükəsizlik sahəsində dəstək verəcək. ABŞ və Avstraliya isə hesab edirlər ki, Çin “təhlükəsizlik” adı altında Solomon adalarında hərbi baxımdan möhkəmlənmək istəyir.
Amerikanın məşhur “The Washington Post” nəşrində yayımlanan məqalədə beynəlxalq aləmin başının Ukraynaya qarışdığı müddətdə Çin lideri Tsi Sinpinin hiyləgər gediş etdiyini yazıb: “Çin Sakit okeanda mövqelərini gücləndirir. Əgər Vaşinqton buna seyrçi qalmaqda davam edərsə, qarşısında böyük Çinin timsalında güc görəcək”. Nəşr haqsız deyil. Çinlə Solomon adalarıyla imzalanan sazişə görə Çin “əmin-amanlıq” yaratmaq adıyla həmin dövlətdə hərbi qüvvələrini yerləşdirmək hüququna malik olacaq.
Cəmi 800 min sakini olan Solomon adalarının Avstraliya ilə də oxşar sazişi var. Belə olan halda Avstraliya nədən ehtiyat edir? Məsələ burasındadır ki, Çin bu adalara yatırımlarını artırıb. Çin Solomon adalarının ən böyük yatırımçısıdır. Çin hansı ölkəyə yatırım qoyursa, həmin ölkəyə siyasi təsir alətlərini də artırır. Bundan başqa adalardakı icmaların Çin yatırımlarına etirazından ehtiyat edilir. Çin yatırımlarına ehtiyacı olan ada rəhbərliyi Pekinin təzyiqi ilə “təhlükəsizlik sazişi” imzalayıb. Çünki adadakı icmalar Çin şirkətlərinə problemlər yaradarlarsa, Pekin bu halda gücdən istifadə etmək hüququ qazanacaq. Pekin həm də ondan ehtiyat edir ki, ABŞ və Avstraliya Solomon adalarındakı icmaları Çinə qarşı qiyama qaldıra bilərlər.
Pekinlə imzalanan sazişə görə, Çin hərbi gəmiləri Solomon adalarındakı limanlara lövbər salmaq hüququna malik olacaqlar. ABŞ və Avstraliyanı ən çox qorxudan da budur. Vaşinqton və Kanberra hesab edirlər ki, Çin bu yolla Solomon adalarında hərbi bazalar formalaşdıracaq. Çin eyni üsulla Afrikanın kiçim Cibuti dövlətində də hərbi baza yaradıb. Çin əvvəlcə Cibutiyə onun ehtiyacı olan yatırımlarını qoyub, sonra şirkətləri fəaliyyətə başlayıb. Bundan sonra Çin Cibutiyə oxşar “təhlükəsizlik sazişi” imzalatdırıb, nəticədə bu kiçik dövlətdə Çinin hərbi bazası yerləşdirilib. Pekin Afrikanın digər kasıb dövlətlərində də eyni üsullarla yerləşməyə çalışır. Birinci mərhələdə yatırımları qoyulur, ikinci mərhələdə iqtisadi layihələrin icrasına başlanılır, son mərhələdə “logistika” adı altında hərbi bazalar yerləşdirilir.
Çinin Solomon adalarında möhkəmlənməsi ABŞ üçün ciddi problemlər yaradacaq. Birincisi, Pekin ABŞ-ın okeanlarda Çini blokadaya almaq siyasətini yarmağa müvəffəq olub. Çünki ABŞ və müttəfiqləri – Avstraliya və Yaponiya Çin hərbi gəmilərinin okeanlarda üzmə imkanlarını məhdudlaşdırmağa çalışırdılar. Bunun üçün Çin hərbi gəmilərinə Sakit okeanın bütün ada dövlətlərinin limanlarına giriş qadağan edilməli idi. Solomon adaları Çinlə birgə ABŞ və müttəfiqlərinin planlarını pozdular. İkincisi, Solomon adaları Avstraliya sahillərindən cəmi 1700 kilometr məsafədə yerləşir. Solomon adalarında Çin hərbi bazaları Avstraliya üçün təhlükə yaradacaq. Misal üçün İkinci Dünya müharibəsində Solomon adalarının azad olunması üçün Avstraliya Yaponiya ilə müharibə aparırdı. Çin isə müharibə aparmadan adalarda möhkəmlənmək imkanı qazanacaq. Üçüncüsü, Çin Solomon adalarına giriş vasitəsilə ticarət marşrutlarının şaxələnməsinə müvəffəq olacaq. Avstraliya bu amili də özü üçün təhlükə sayır. Təsadüfi deyil ki, bölgə ölkələri – Avstraliya, Yeni Zelandiya, ABŞ və Yaponiya birgə bəyanat qəbul edərək Çinlə Solomon adaları arasındakı sazişi Sakit okean bölgəsi üçün təhdid kimi qiymətləndiriblər.
Amerikalı ekspertlər Çinlə Solomon adaları arasındakı sazişin başlanğıc olduğunu düşünürlər. Onların fikrincə, Çin okeanlarda özünə başqa ada dövlətləri də tapacaq. Misal üçün Çinin kiçik Papua-Yeni Qvineya dövlətinə də yatırımları artıb.