
Simptomlar klassik, boğaz ağrısı güclüdür
Avropada yeni “COVİD-19” variantı “Stratus” dominant vəziyyətə gəldi
Avropada yeni “COVİD-19” variantı “Stratus” dominant vəziyyətə gəldi
Növbəti koronavirus dalğası başladı
Üçüncü baş nazir də vəzifəsini itirdi
Kim Çen In Putinə qoşularaq Çinə gedir
FED rəsmisi: ““Stablecoin”lər ABŞ dollarının qlobal rolunu genişləndirə bilər”
Çindən yerli şirkətlərə “Nvidia H20” çipi xəbərdarlığı
Yeni silah yarışının qalibi kim olacaq?
ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı
Çipin üstündəki gözlər
“COVİD-19”un yeni “Nimbus” variantı sürətlə yayılır
Koronavirus yoluxmaları hətta yay aylarında arta bilər
Yeni pandemiyadan bir mutasiya uzaqlıqda
Yeni “COVİD-19” ştammı bütün dünyaya yayılır
“NB.1.8.1” variant Fransaya yayılır
“COVİD-19”dan sonra xəbərdarlıqlar ard-arda gəlir!
“COVİD-19” peyvəndi vurulan 573 nəfərə daimi diaqnoz qoyulub
Dövlətlər virusdan qurtulmanın sevincini yaşayarkən, Çin həyəcan içindədir. Pandemiya Çinin Şanxay şəhərindən paytaxt Pekinə sıçrayıb. Paytaxt sakinləri Şanxayın acı təcrübəsindən çıxış edərək marketlərə hücum edirlər, su və ərazi ehtiyatı toplayırlar.
Çin hakimiyyəti yenə o fikirdədir ki, virusla sərt mübarizəni yumşaltmaq olmaz. Sərt mübarizə isə kütləvi testi və insanların evlərinə qapadılmasını nəzərdə tutur. Pekində hesab edirlər ki, mübarizəni yumşaltsalar yaşlı vətəndaşlar kütləvi şəkildə ölməyə başlayacaqlar. Səfirliklər Pekində yerləşdiklərindən xarici diplomatlar da qaydalara riayət etməlidirlər.
Çinin məşhur “Jenmin jibao” qəzetində yayımlanan məqalədə Pekində durumun getdikcə ağırlaşdığı yazılıb. Ən maraqlısı odur ki, gün ərzində 40 nəfərin virusa yoluxması “ağırlaşma” kimi qiymətləndirilir. Çinli mütəxəssislər hesab edirlər ki, vuris şəhərlərdə son bir həftədə gizli şəkildə yayılıb. Şanxayda ölənlərin sayı 140 nəfərə çatıb. Ölənlər arasında peyvənd olunanlar da var və bu hal Çində istifadə edilən peyvəndlərlə bağlı suallar yaradıb.
Çində avtoritar üsul-idarəyə rəğmən, yerli alimlərin bir qisminin virusla mübarizə metodlarını tənqidi artıb. Alimlər hesab edirlər ki, virusla həddən artıq sərt mübarizə insanların ruh halına mənfi təsir edir, başqa xəstəliklərin yaranmasına təkan verir. Bu müzakirələr Çinin sosial şəbəkələrində də qızışıb. Buna baxmayaraq, 1 milyard 400 milyon əhalisi olan Çinin idarəedicililəri virusla mübarizədə “sıfır tolerantlıq” prinsipindən imtina etmək istəmirlər.
Bu arada, Çinlə təmaslar mövzusu gündəmə gəlib. Ötən dəfə Çin hakimiyyəti virusu bir müddət beynəlxalq aləmdən gizlətdi və nəticədə virus dünyaya yayıldı. Bu dəfə Çində yayılan virusu gizlətmək mümkün deyil. Digər tərəfdən dünya ölkələrinin iki illik təcrübəsi var. Bu o deməkdir ki, virus Çində geniş yayılırsa, bir sıra dövlətlər vətəndaşlarını indiki şərtlər altında Çinə gediş-gəlişdən imtina etməyə çağıracaqlar. Çinə təyyarə uçuşlarının azalması da mümkündür.