
Yenə bir hücrədə üz-üzə gəldik ...
... Yaxud separatçının nazıyla oynamırlar
... Yaxud separatçının nazıyla oynamırlar
DTX ölkə xaricindəki əməliyyatları intensivləşir
Terror təşkilatı ilə əlaqədə təqsirləndirilən altı nəfər həbs olunub
Vətəndaş cəmiyyəti təmsilçisi DTX-da işə qəbul edilib
DTX və DSX birgə əməliyyat keçirib
... Texniki sübut, yoxsa siyasi şübhə?
“Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub”
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
İran Azərbaycana qarşı iş aparır
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
Yoxlamalar, yasaq, nəzarət ...
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
DTX istintaq aparır, həbslər var
Mayın 12-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonağı səmimi salamlayan Əli Nağıyev dövlət başçılarının birgə səyləri ilə iki qardaş və tərəfdaş ölkə arasında mövcud münasibətlərin ən yüksək səviyyədə olmasından, ötən ilin iyun ayının 15-də imzalanmış Şuşa bəyannaməsinə uyğun olaraq, təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən bəhs edib. Regional sabitliyə, bölgədə sülhün və əmin-amanlığın qorunub saxlanılmasına Türkiyənin verdiyi dəstəyi xüsusi vurğulayan Xidmət rəisi bölgədə təhlükəsizliyin bundan sonra da etibarlı şəkildə təmin edilməsi üçün ikitərəfli əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Yüksək qonaqpərvərliyə və isti qəbula görə minnətdarlığını çatdıran türkiyəli qonaq təhlükəsizlik məsələləri üzrə dövlətlərarası əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsinin vacibliyinə toxunub.
Görüşdə həmçinin tərəfləri maraqlandıran və qarşılıqlı əhəmiyyət kəsb edən digər məsələlər də müzakirə olunub.