Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
15:55 | 18 may 2022 | Çərşənbə
Məqaləyə 848 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın Ukraynanın Xerson bölgəsi və özəlliklə Mariupol şəhəri ilə bağlı planları göstərir ki, müharibə hələ uzun müddət davam edəcək. Donbas separatçılarının liderlərindən Denis Puşilin açıqlama verib ki, Mariupoldakı “Azovstal” zavodunu sökəcəklər. Puşilin şəhərdəki digər müəssisələrin isə bərpa ediləcəyini, dağıdılan binaların yerində yenilərinin tikiləcəyini bildirib. Puşilin Mariupolun bütövlüklə bərpa ediləcəyini vəd edib. Rusiya necə ki, vaxtilə Çeçenistanın şəhər və qəsəbələrini viran etdikdən sonra bərpasını təmin etdi, indi eyni üsulla Ukraynada hərəkət etmək istəyir. Halbuki, Çeçenistandan fərqli olaraq Xerson və Donbas Rusiya ərazisi deyil. Ancaq bu Kremli narahat etmir. Kreml işğal altındakı bölgələri Rusiyaya birləşdirdikdən sonra bərpa işlərinə başlayacaq.
Puşilin Kremlin təlimatıyla açıqlama verib. Bu o deməkdir ki, birinci mərhələdə Mariupolu Donbas separatçıları idarə edəcəklər, sonrakı mərhələdə isə işğal altındakı ərazilərin Rusiyaya birləşdirilməsi gələcək. Belə olan halda Kremllə Kiyev arasında danışıqlarda nəticə əldə etmək mümkün olmayacaq.
Bu arada, Rusiya rəsmiləri Mariupolda əsir götürdükləri “Azov” batalyonunun döyüşçülərini Ukraynaya təhvil verməyəcəklərini bəyan ediblər. Halbuki, müharibə dövründə iki ölkə hərbi əsirləri dəyişirdi. Kremlin “Azov” döyüşçülərini öz əsirləri ilə dəyişdirmək istəməməsinin səbəbi bəllidir. “Azov” batalyonu müharibənin ilk günündən qəhrəmancasına savaşdı, Rusiyanın işğalçı ordusunun Ukraynanın içərilərinə doğru irəliləyişini ləngitdi. Ancaq müqavimətin də limiti var, aylarla mühasirə şəraitində aparılan döyüşlər ərzaq və sursat qıtlığına səbəb oldu, digər tərəfdən yaralıların çoxluğu batalyonun təslim olmasına məcburiyyət yaratdı. Onları heç kim qınamır, əksinə əsl qəhrəmanlıq dastanı yaratdılar. Kreml bilir ki, “Azov” batalyonunun döyüşçülərini Ukraynaya təslim etsə, onlar ölkələrində qəhrəman kimi qarşılanacaq və yenidən döyüşə atılacaqlar. Ancaq Rusiya “Azov” döyüşçülərini təhvil vermək istəməsə, Kiyev də əlindəki rusiyalı hərbçiləri Rusiyaya təhvil verməyəcək. Bu onu göstərir ki, rusiyalı hərbi əsirlərin taleyi Kremli düşündürmür.