
ABŞ daha bir ölkəyə raket satdı
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
“Təbiət müttəfiqdir, biz onu istifadə etmək istəyirik”
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Finlandiyalı siyasətçinin intihar etdiyi deyilir
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
Rusiya mayın 21-dən Finlandiyaya qazın ixracını dayandırdı. Bu barədə məlumatı mayın 20-də Finlandiyanın “Gasum” dövlət enerji şirkəti verib: "Cümə günü, mayın 20-də “Gazprom export” MMC bizə mayın 21-də, səhər saat 4-dən etibarən Finlandiyaya təbii qazın nəqlinin dayandırılacağını bildirib”.
“Gasum” şirkətinin baş direktoru Miki Vilyanen deyib ki, şirkət belə bir vəziyyətə hazır idi.
Vilyanen izah edib ki, yay aylarında Finlandiyaya qaz Estoniyanın “Balticconnector” kəməri ilə veriləcək.
Şirkət rəhbərinin sözlərinə görə qaz yanacağının doldurulması məntəqələrində iş adi rejimdə davam etdiriləcək.
“Gasum” şirkəti mayın 17-də bildirmişdi ki, Rusiya qazı üçün ödənişləri “Gazprom” şirkətinin tələb etdiyi kimi rublla həyata keçirməyəcək.
Bu da xəbər verilirdi ki, “Gasum” şirkətinin Rusiya təchizatçısı ilə başqa problemləri də var.
“Gasum” kontrakt üzrə mübahisələrlə bağlı arbitraja müraciət edib.
Finlandiya artıq 45 il idi ki, Rusiyadan təbii qaz idxal edirdi.
2015-ci ilin dekabrında mövcud kontrakt 2031-ci ilin 31 dekabrınadək uzadılmışdı.
***
Rusiya prezidenti Vladimir Putinin sərəncamına uyğun olaraq Moskvanın nəzərində “dost olmayan” ölkələr qazpulunu yalnız rublla ödəməlidirlər.
Əslində isə söhbət bu məqsədlə “Gazprombank”da xüsusi ödəniş hesablarının açılmasından gedir.
Qaz müştərisi olan ölkələr əvvəllər olduğu kimi qaz üçün pulu avro və dollarla məhz “Gazprombank”a ödəməlidirilər.
Burada həmin valyutalar Moskvanın müəyyən etdiyi məzənnə ilə rubla çevrilir.
Putinin sərəncamında deyilirdi ki, qazpulunu rublla ödəməkdən imtina edən şirkət və ölkələrin təchizatı dayandırılacaq.
“Gazprom” ödənişləri rublla etməkdən imtina edən Polşa və Bolqarıstanın qazını kəsib.
Finlandiya onilliklər davam edən neytrallıq siyasətindən sonra NATO-ya üzvlük üçün müraciət edib.
Bu da qeyd olunur ki, təbii qaz Finlandiyanın enerji istehlakı balansında 6 faiz təşkil edir.
Bu səbəbdən də Finlandiya Rusiya qazının təchizatının dayandırılmasını başqa Avropa ölkələri kimi ağrılı keçirməyəcək.