
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Radikal müxalifət, kilsə və bir qrup biznesmenin arxasında bir qüvvə var – Kreml
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
“Əməkdaşlarını mitinqlərə qatılmağa məcbur edənlər də məhkum ediləcək”
“Subaylıq andı” böhranı – həm insanları, həm də Allahı aldatmaq
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
Baş yepiskop həbs olundu
Ermənistanla Azərbaycan arasında informasiya və psixoloji savaş davam edir. ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivanın vasitəçiliyilə Vaşinqtonda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olmuşdu. Armen Qriqoryan erməni mətbuatına son müsahibəsində bildirib ki, ilin sonunadək delimitasiya prosesinin aparılması barədə razılıq əldə olunub. Bundan sonra erməni saytları belə bir xəbər də yaydılar ki, guya rəsmi Bakı Qarabağ erməniləri ilə danışıqlara başlamaq barədə vəd verib.
Görüşdə iştirak edən Hikmət Hacıyev Armen Qriqoryanın müsahibəsinə və Qarabağ erməniləri ilə dialoq məsələsinə münasibət bildirmək məcburiyyətində qalıb. O Vaşinqtondakı danışıqların 4 mövzu ətrafında – sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, o cümlədən itkin düşmüş şəxslər və minalar problemi da daxil olmaqla, bütövlükdə humanitar məsələlər ətrafında getdiyini vurğulayıb. Prezidentin köməkçisi Vaşinqtondakı danışıqların Brüsselin sülh gündəliyinə töhfə vermək məqsədi daşıdığını bildirib. Yəni Vaşinqton danışıqlarında yeni təklif müzakirə edilməyib, iki ölkə liderinin və xarici işlər nazirlərinin müzakirə etdikləri mövzulardan kənara çıxılmayıb.
Hikmət Hacıyevin açıqlamasında bir neçə əhəmiyyətli məqam da var.
Birincisi, danışıqlar zamanı Azərbaycan tərəfinin həm də Qazax rayonunun hələ də işğal altında saxlanılan 7, Naxçıvanın isə 1 kəndi ilə bağlı məsələnin qaldırıldığı bildirilib. Bu kəndlərin Azərbaycana qaytarılmasının İkinci Qarabağ müharibəsindən sonra ən çox müzakirə edilən mövzulardan biri olduğu rəsmən təsdiqləndi.
İkincisi, Hikmət Hacıyev Armen Qriqoryanın “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün beynəlxalq mexanizmin yaradılması” fikrinə geniş şəkildə aydınlıq gətirib: “Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan istər Brüssel danışıqlarında, istərsə də Vaşinqtonda xüsusi olaraq vurğulayıb ki, Bakı ölkəmizin suveren hüquqlarına aid olan məsələləri heç bir üçüncü tərəflə müzakirə etməyəcək. Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası, qanunları və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun öz həllini tapacaq. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq, xoş niyyətinin göstəricisi və şəffaflıq nümunəsi kimi öz vətəndaşları ilə apardığı dialoqa dair bir müddətdən sonra beynəlxalq tərəfdaşlara məlumat verə bilər. Vaşinqtonda tərəfimizdən bildirildi ki, Azərbaycan öz beynəlxalq öhdəliklərinə uyğun olaraq mütəmadi olaraq BMT və digər təşkilatlara müxtəlif hesabatlar təqdim edir. Bu hesabatlarda Azərbaycan hökumətinin məsələn milli azlıqların hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi işlərə dair məlumatlar yer alır. Gələcəkdə həmin bu hesabatlara Qarabağda yaşayan erməni sakinlərinin hüquqlarının təmin edilməsi ilə bağlı görülən işlər də daxil ediləcək”.
Beləliklə, rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqdan imtina etmir. Ancaq bu prosesə heç bir tərəf qarışmamalıdır. Hikmət Hacıyevin sözlərinə görə, beynəlxalq tərəfdaşlar Azərbaycanın bu haqlı mövqeyini anlayışla və hörmətlə qarşılayırlar. Önəmli olan da budur. Bu Ermənistanın indiki hökuməti üçün də yetərlidir, baş nazir Nikol Paşinyan Qarabağ yükündən qurtulmaq istəyir, sadəcə bunu açıq səsləndirə bilmir.