
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Bu millətdə normal insan olmayacaq?
Humanitar yardım adıyla silah daşınır
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
Fransa isə qoşun yeritmək fikrində
Ən azı bitmək üzrədir...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
Azərbaycan Xankəndi yolunu bağlayır ...
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
Azərbaycan Rusiyanın oyununu pozur
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
Erməni baş nazir müharibə istəyir?
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Bu gün Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib.
APA-nın verdiyi məlumata görə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, 5 il blokada vəziyyətində yaşamış strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun işğalı zamanı 511 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 2500 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, əlil olub, 165 nəfər girov götürülüb. A.Məmmədov bu girovlardan 122 nəfərin geri qaytarıldığını, 43 nəfərin taleyindən hələ də bir xəbər olmadığını bildirib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcər rayonunun işğalı ilə bağlı 822 saylı qətnamə qəbul etsə də, Ermənistan hələ də bu qətnaməyə məhəl qoymur, dünya birliyi də buna göz yumur: «Əksinə, Ermənistan işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılması siyasətini həyata keçirir, tarixi abidələrimiz məhv edilir, bir qismi isə erməniləşdirilir».
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı kəlbəcərlilərin sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində olduğunu söyləyib. O qeyd edib ki, Kəlbəcər işğal edilən zaman rayonun 60 minə yaxın sakini olub. Hazırda sayı 72 minə çatan kəlbəcərlilər Azərbaycanın 56 rayonunun 800-dən artıq yaşayış məntəqəsində məskunlaşıb: «3200 ailə yeni tikilən qəsəbədə mənzillərlə təmin olunub. Bu yaxınlarda yataqxana şəraitində yaşayan 1400 kəlbəcərli Gəncə şəhərində tikilən yeni qəsəbədə mənzillərlə təmin edildi. Bütün bunlara baxmayaraq, biz ata-baba yurdlarımıza qayıtmaq arzusu ilə yaşayırıq. Prezident İlham Əliyev də həmin qəsəbəni ziyarət edən zaman bəyan etdi ki, Azərbaycan dövləti güclənir, zaman çatacaq, Kəlbəcərdə, Şuşada, Laçında, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, bir qarış torpağımızı da düşmənə verməyəcəyik və işğal olunmuş torpaqlarımızda bundan da gözəl qəsəbələr tikəcəyik. Biz o günü gözləyirik».