Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:55 | 5 aprel 2014 | Şənbə
Məqaləyə 1413 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
«Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində razılıq əldə olunub». Bu sözləri «Axar.az»a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Ərdoğanın hazırkı təhlükəli durumda Azərbaycana səfərinin ölkəmiz üçün çox müsbət hal olduğunu bildirib:
«Ərdoğan deyəndə ki, biz hər sahədə
əməkdaşlıq edirik, ticari-iqtisadi sahələrlə birgə hərbi sözünü də işlətdi. Bu
o deməkdir ki, Azərbaycanla Türkiyə arasında hərbi məsələlərdə razılıq var. Bu
da olduqca müsbət haldır. Beynəlxalq vəziyyət olduqca təhlükəlidir və
Azərbaycana qarşı Rusiya mətbuatı, məmurları, parlamenti tərəfindən müxtəlif
hədələr gəlir. Yəni bu səpgidə Azərbaycan gərək dəqiq surətdə bilsin ki, əgər
ona qarşı əsgəri addım atılsa, Türkiyə onunla bərabər bunu dəf etməyə hazırdır.
Mən əminəm ki, belə razılıq əldə olunub».
Politoloq hazırda dünyada Rusiya əleyhinə gedən proseslərin Azərbaycanın xeyrinə olduğunu söyləyib: «Bu dəqiqə proseslər bizim xeyrimizə gedir. Çünki Qərb açıq-aşkar Rusiya ilə müharibəyə başlayıb. Bu rejimi çökdürməyə çalışır. Bu da Qarabağ məsələsinin həllinə töhfə verəcək. Rusiya elə bir güclü dövlət deyil ki, Amerika maraqlarını qorumaq üçün bura baza gətirsin. Amerika sanksiyalarla, Rusiya ilə əməkdaşlığı kəsməklə, siyasi, iqtisadi, diplomatik blokada ilə Rusiyanı çökdürəcək. Çökdürəcək deyəndə, mən hakimiyyəti nəzərdə tuturam. Rus xalqı yaşayacaq, amma onların başında indiki kimi quldurlar dayanmayacaq. İmperiyapərəstlər yox, xalqının dərdinə yananlar. Putin dördüncü dəfədir prezident olur. Ölkə batır, iqtisadiyyat çökür. Niyə görə? Putin ona görə Krıma hücum edib ki, bu suallara ondan cavab soruşmasınlar».